97 yaşlı siyasətçidən Baydenə tövsiyə: “İranla sazişə qayıtma”
Tarix: 14-01-2021 12:37 | Bölmə: Slayd
97 yaşlı siyasətçidən Baydenə tövsiyə: “İranla sazişə qayıtma”

97 yaşlı keçmiş dövlət katibi Henri Kissincer ABŞ-ın yeni seçilən prezidenti Co Baydeni İranla nüvə sazişinə qayıtmamağa çağırıb.

Reyting.az
“New York Post”-a istinadla xəbər verir ki, 2015-ci ilin nüvə sazişini tənqid edən Kissincer bildirib:

"Özümüzü aldatmamalıyıq. Əvvəlki razılaşmanın mahiyyəti məhdud vaxt və ümumi ifadələrlə, bütün Yaxın Şərqdə nüvə silahlarının yayılmasından başqa bir şeyə gətirib çıxarmayacaq”.

H. Kissinger əlavə edib: “İran rəhbərləri, göründüyü kimi, öz təhdidlərindən və İslam imperializmindən əl çəkmək istəmir. Əlbəttə, onlarla danışıqlar aparmamalı olduğumuzu demirəm”.

Kissincer, Ərəb-İsrail münasibətlərinin normallaşmasına işarə edərək deyib: "Ərəb dünyası ilə İsrail arasındakı “İbrahim razılaşması”nda əldə etdiklərimizdən vaz keçməməliyik. Bu razılaşma yeni bir Yaxın Şərq üçün fürsət yaradıb. Ərəb ölkələri Qərbin və İsrailin bir hissəsi ilə davamlı gərginlikdən keçə bilməyəcəklərini başa düşdülər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}