14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib
Tarix: 14-01-2021 22:57 | Bölmə: Slayd
Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər.

Reyting.az
xəbər verir ki, belə bir açıqlamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi yayıb.

Azərbaycan XİN vurğulayır ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə, Azərbaycan XİN Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə növbəti dəfə xatırladıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}