Deputat: “Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü Yerevandakı proseslərdən asılıdır”
Tarix: 15-01-2021 13:25 | Bölmə: Slayd
Deputat: “Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü Yerevandakı proseslərdən asılıdır”

“Azərbaycan və Ermənistan arasında münasibətlərin qaydaya salınması prosesi gedir. Əlbəttə, bu elə işdir ki, bəzən dövlət və ya hökumət başçılarının görüşü və müzakirəsinə ehtiyac da yaranır. Moskvada yanvarın 11-də keçirilən görüşdən sonra növbəti görüş haqqında nəsə demək indi düz olmazdı. Amma mənim fikrimcə, bu, daha çox Ermənistanda gedən siyasi proseslərdən asılı olacaq”.

Bu fikirləri Reyting.az-ın “11 yanvarda Moskvada keçirilən görüşdən sonra Azərbaycan və Ermənistanın dövlət və hökumət başçıları arasında yeni görüşlər nə vaxt ola bilər” sualına cavabında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov xatırladıb ki, Nikol Paşinyan Ermənistanın dövlət başçısı yox, hökumət başçısıdır: “Həm də Paşinyanın öz kürsüsünü saxlayıb-saxlamayacağı aydın deyil. Orada siyasi vəziyyətin hansı formada inkişaf edəcəyi, yeni parlament seçkiləri keçirib hansı hökuməti quracaqları kimi məsələlər var. Odur ki, yüksək səviyyəli görüş daha çox Ermənistandakı siyasi proseslərdən asılı olacaq. Yəni portnyor kim olacaq, ümumiyyətlə, onunla danışmaq mümkündür, ya yox. Bu, vacib məsələdir”.

R. Musabəyov Azərbaycan rəhbərliyinin Ermənistanın başı üzərindən Rusiya ilə bu məsələlərin müzakirəsini də istisna etməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}