14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ermənistan ordusunda biabırçılıq - Baş Qərargah rəisi ilə müavini əlbəyaxa olub
Tarix: 20-07-2021 12:18 | Bölmə: Slayd
Ermənistan ordusunda biabırçılıq - Baş Qərargah rəisi ilə müavini əlbəyaxa olub

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəsisi, general Artak Davtyan və birinci müavini Arşak Karapetyan arasında davaş düşüb.

Reyting.az
erməni media resurslarına istinadla xəbər verir ki, generalların savaşı Baş Qərargah binasında qeydə alınıb.

Erməni mətbuatı yazır ki, generallar arasında mübahisə sonradan qarşılıqlı söyüşə çevrilib. Bundan sonra generallar bir-birinə əyləşdikləri stulları atıblar. Beləcə, mübahisə davaya çevrilib. Hətta erməni mediası qeyd edir ki, dava zamanı Baş Qərargah rəisi ilə birinci müavini bir-birinə külqabı da atıblar.

Yaranan mübahisə və dava daha sonra Baş Qərargahın dəhlizində davam edib. Hətta qərargahın işçiləri generallar arasında baş verən davanın səbəblərini anlaya bilməyiblər.

Baş Qərargahın informasiya təminatı şöbəsinin müdiri Samvel Astaryan isə məlumatın ortaya çıxmasından sonra onu təkzib etməyə cəhd göstərib. “Sizin məlumatlarınız həqiqətə uyğun gəlmir”, - Baş Qərargah rəsmisi jurnalistlərə deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}