İki mülki vətəndaşımız Xocalı ərazisində minaya düşüb
Tarix: 22-07-2021 11:09 | Bölmə: Slayd
İki mülki vətəndaşımız Xocalı ərazisində minaya düşüb

İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xocalı Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğu araşdırma aparır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}