16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiyaya real təhlükə: İŞİD və Əl-Qaida bu ölkəyə ciddi problem yaradıb
Tarix: 23-07-2021 12:30 | Bölmə: Slayd
Rusiyaya real təhlükə: İŞİD və Əl-Qaida bu ölkəyə ciddi problem yaradıb

Əfqanıstandakı prosesləri təhdid kimi qarşılayan Rusiya Tacikistanda hərbi varlığını artırır və SSRİ dövründən bu yana Özbəkistanda böyük hərbi təlimlərə hazırlaşır.

Reyting.az
-ın xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, Əfqanıstanın şimal bölgələri sürətlə hərbi cəbhəyə çevrilir.

Əfqanıstanla Tacikistan arasında min kilometrlik sərhədin 90 faizinə “Taliban”ın nəzarət etdiyini bildirən rusiyalı diplomat diqqətə çatdırıb ki, narahatedici durum şimal sərhədlərində tək “Taliban”ın olması ilə yekunlaşmır: “Son aylar İŞİD və Əl-Qaida ünsürləri də bura axın etməyə başlayıblar”.

Rusiyanın Tacikistan və Özbəkistanla təhlükəsizlik anlaşması olduğuna işarə edən Rudenko “ölkəmizin və müttəfiqlərimizin təhlükəsizliyini saxlamaq üçün lazım olanları etməyə qərarlıyıq”, - deyib. Bildirib ki, Daşkənddə xarici işlər nazirlərinin toplantısında atılacaq addımların çərçivəsi cızılıb. Tədbirlərin ana xətti hərbi gücün artırılmasıdır.



Qeyd edək ki, son zamanlar Rusiya Müdafiə Nazirliyi Tacikistandakı 201-ci rus hərbi bazasına yeni silahlar göndərməyə başlayıb. Rusiya Mərkəzi Hərbi Dairəsindən havaya qalxan “İl-76” təyyarələri Tacikistandakı rus bazasına modern zirehli personal daşıyan “BMP-2M” avtomobilləri aparır.

Rusiyanın 201-ci bazası ilə yanaşı Tacikistan ordusu da sərhədlərə yönləndirilib. Tacikistan prezidenti 20 min əsgər üçün səfərbərlik elan edib. Silahlandırılacaq əsgərlərin 9 mininin Əfqanıstanla sərhədə göndərilməsi planlaşdırılır.

Özbəkistanın da sərhəddə 20 kilometr məsafədə yer alan “hərb meydanı” poliqonuna hərbi birlik göndərmək planı var.

Rusiya hərbi müşahidəçilərinin fikrincə, 5-10 avqust tarixlərində keçiriləcək hərbi təlimlərdə üç ölkədən 20 min əsgər, 150 tank və zirehli texnika iştirak edəcək. Beləliklə, Rusiya 30 ildən sonra bu regionda ən böyük hərbi təlimə hazırlaşır.

Təlimlərin rəsmən 5 avqust tarixində başlayacağına baxmayaraq, artıq Rusiya və Tacikistan hərbçiləri Əfqanıstanla sərhəd bölgələrində indidən birgə patrul xidmətinə başlayıblar.

Son bir ayda Əfqanıstandan Kabil hökumətinə tabe olan minlərlə hərbçi “Taliban” təhlükəsi səbəbindən Tacikistana keçib.

Əlavə edək ki, İraq və Suriyada İŞİD darmadağın edildikdən sonra onların bir qismi əsasən Əfqanıstana cəmləşib. Rusiyanı narahat edən məqamlardan biri də budur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}