14:19 / 18-06-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:14 / 18-06-2025
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
14:03 / 18-06-2025
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
13:48 / 18-06-2025
İsrailin İrana hücumları nəticəsində 585 nəfər ölüb
13:37 / 18-06-2025
Rus Pravoslav Kilsəsi Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxır
13:33 / 18-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:22 / 18-06-2025
TikTok qadağası daha 90 gün təxirə salınıb
13:18 / 18-06-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
13:12 / 18-06-2025
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:44 / 18-06-2025
Müdafiə naziri Türkiyə-İran sərhədinə gəlib
12:34 / 18-06-2025
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
11:49 / 18-06-2025
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
11:41 / 18-06-2025
Prokurorluq: "Restoranlarda artan zəhərlənmələrə qarşı tədbir görülür"
11:31 / 18-06-2025
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
11:30 / 18-06-2025
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
11:28 / 18-06-2025
Fikrət Məmmədov təltif olunub
11:17 / 18-06-2025
Kiyevə kütləvi hücum: qurbanların sayı artır - Foto
11:07 / 18-06-2025
Trampın nümayəndəsi Lukaşenko ilə görüşə hazırlaşır
11:00 / 18-06-2025
İran İsrailin “F-35” təyyarəsini vurub
10:52 / 18-06-2025
İranın qonşuları çətin vəziyyətdədir
10:47 / 18-06-2025
Sahibə Qafarovaya “Şərəf” medalı təqdim edilib
10:43 / 18-06-2025
İlham Əliyev Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
10:36 / 18-06-2025
DİM sədri: "Bəzi ixtisaslar üzrə ballar artırıla bilər"
10:29 / 18-06-2025
Füzulinin üç kəndinin elektrik xəttinin çəkilişinə bir milyon xərclənəcək
10:17 / 18-06-2025
Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir
09:59 / 18-06-2025
İtaliyanın 29 vətəndaşı İrandan Azərbaycana gəlib
09:41 / 18-06-2025
Bakıda rəssam emalatxanasında ölü tapılıb
09:30 / 18-06-2025
Sadiq Qurbanov: "Bu xətt Naxçıvanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq” - Video
09:29 / 18-06-2025
Kamran Əliyev Ləmbəranskini vəzifədən çıxarıb
09:22 / 18-06-2025
Putinin qohumlarına və Yeltsinin qızına sanksiya tətbiq ediblər
08:07 / 14-06-2025

11:37 / 16-06-2025

17:06 / 13-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

08:51 / 14-06-2025

11:06 / 16-06-2025

16:50 / 13-06-2025

22:31 / 13-06-2025

19:03 / 13-06-2025

“Şeyx, istefa ver!” tələbi Türkiyə-İran rəqabətinin ilk qaranquşudurmu?
Tarix: 28-07-2021 15:46 | Bölmə: Slayd

Suala ləngimədən cavab verirəm: Müəyyən mənada, bəli.
Nə Allahşükür Paşazadəni “Tehranın elçisi”, nə də şeyxülislama qarşı qruplaşmış tərəfi “Ankaranın çarçısı” kimi damğalamaq üçün dəlillərim yoxdur. Amma bir bəyanatla stəkanda qopmuş fırtınanı, müəyyən mənada, Türkiyə və İranın nüfuz davası kimi qavrayan təkcə mən deyiləm.
Dərhal da ikinci sual doğur: Bəs, bu ölkələrdən hansı ilə Azərbaycanın ortaq strateji gələcəyi mümkündür?
Yüz ölçüb bir biçdikdə, çoxəsrlik müştərək tarixi, mədəni, dini-məzhəbi keçmişə baxmayaraq, İranla ortaq strateji gələcək qeyri-mümkündür.
Ən azı indiki halda.
Türkiyə ilə keçmişdə yanaşı addımlama, kiçik istisnalarla, demək olar ki, olmayıb, ümumi Yaxın Şərq ortaqlığı var, amma müştərək strateji gələcək ola bilər.
Bununla belə, ən azı son 2 ildə misilsiz siyasi yaxınlaşmaya baxmayaraq, Azərbaycan səlahiyyətliləri Türkiyə ilə münasibətlərdə “bir addım irəli, iki addım geri” düsturunu rəhbər tutur.
Məncə, doğru olaraq!
Bəs rəsmi Bakı həm Tehran, həm də Ankara ilə niyə məsafə saxlayır? Əlbəttə, fərqli ölçüdə...
Əvvəla, ona görə ki, Tehranın siyasi gündəliyində olan demək olar ki, heç bir maddə rəsmi Bakının xarici siyasi yönüylə üst-üstə düşmür. Azərbaycan səlahiyyətliləri cənub qonşusu ilə, əsasən, beynəlxalq layihələr (o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi) çərçivəsində iqtisadi ortaqlığa meyllidir. Bakı-Tehran “oxu” bundan o yana getmir və gedə də bilməz.
Təkcə ona görə yox ki, İran hazırda gündəlikdəki başlıca mövzulardan biri olan “Zəngəzur dəhlizi”nə isti yanaşmır; ona görə yox ki İslam Respublikası Yunanıstan, Bolqarıstan, Gürcüstan və Ermənistanın ortaqlığı və Avropa İttifaqının dəstəyi ilə Qara dəniz hövzəsindən Hind okeanına uzanan tranzit-nəqliyyat dəhlizi layihəsinin iştirakçısıdır (Hazırda çəkilişi icra olunan Ərdəbil-Parsabad-Biləsuvar (İran)-İmişli (Azərbaycan) və Təbriz-Culfa (İran)-Culfa (Azərbaycan)-Naxçıvan-İrəvan-Tiflis-Poti(Gürcüstan) dəmir yolları son nəticədə “Zəngəzur dəhlizi” ilə kəsişir).
Hər iki dövlətin bir-birinə olan baxışında səmimiyyət qıtlığı var və bu, kor gözlə belə görünür. Allahdan gizli deyil, bəndədən niyə gizlədək, protokol etiketindən kənar münasibətlərdə iti bucaqlar mövcuddur. Tehrandan boylandıqda, Arazın bu tayında cəmiyyətin “İran meylli dindar kəsimi” sıxışdırılır, KİV və sosial media fəalları - trolları Tehrana “Ermənistanın himayəçisi” köynəyi geydirir, üstəlik, analitik Eldar Məmmədovun “Responsible Statecraft” saytında yazdığı kimi, Bakı “Cənubi Azərbaycan”ın İrandan ayrılması çağırışlarını rəsmi olaraq təsdiqləməsə də, İranda Azərbaycan separatizmini alovlandırmağa çalışan “şahin” Vaşinqton qurumlarının alimlərini dəstəkləyir.
İsrailin Azərbaycan ərazisini öz kəşfiyyat əməliyyatları üçün istifadə etməsi iddialarına gəlincə, bunun əyani sübutu olmasa da, İran tərəfində ən azı bir dəfə qınayıcı ismarış dilə gətirilib. Və ən azı bir dəfə, münasibətlərin ən soyuq dövründə, Mahmud Əhmədinejad administrasiyası zamanı (2005-2013-cü illər) İranın Baş Qərargah rəisi general Həsən Firuzabadi (9 avqust 2011-ci il) Əliyev iqtidarını “dövlətin təməl daşlarına diqqət yetirməyə” çağıraraq, “xalqın oyanışı və qaranlıq aqibət”lə hədələyib.
Nəhayət, Ərdoğanın Zəfər paradında oxuduğu şeirə İran xarici işlər naziri Cavad Zərifin sərt təpkisini saymasaq, tarixin hafizəsində ən yeni daha bir iraddoğuracaq qeyd var: Tehrandan son xəbərdarlıq - parlament komissiyasının rəhbəri Müctəba Zünnurinin sözləri: “Cənubi Qafqazda mövcud sərhədlərin dəyişməsi İranın qırmızı xəttidir”.
Bəzi müşahidəçilər hesab edir ki, “İran təhdidi” rəsmi Bakını Qərbin gözündə ucaldır və qolunu gücləndirir. Ola bilər.
Əsas odur ki, Azərbaycan rəhbərliyi öz ovlağında başqa şikarçının bəxtini sınamasına heç vaxt imkan vermir. İstər İran olsun, istər...
Bu yanaşmanın Türkiyə ilə münasibətlərdə yoxluğunu iddia etmək sadəlövlük olardı.
2009-cu il oktyabrın 10-da münasibətlərin normallaşdırılmasına dair Türkiyə ilə Ermənistan arasında imzalanmış Sürix protokolları indi çox az adamın yadına düşür. Sadəcə, sərf eləmir. Bir qrup qadın deputat və ictimai xadimin (Gülər Əhmədova, Qənirə Paşayeva və başqaları) Ankaranı fikrindən daşındırmaq üçün Türkiyəyə yollanması, Türkiyənin Azərbaycandan idxal etdiyi qazın bahalaşdırılması, mediada AKP iqtidarına qarşı qara PiaR və s. barədə xatırlatmalara da hazırda qulaqlar tıxanılır. “Olana güzəşt deyərlər” məsələnindəki kimi...
Amma İkinci Qarabağ müharibəsindən sonra AKP-nin “Cümhur İttifaqı”ndakı ortağı olan MHP başqanı Dövlət Baxçalının Şuşada məktəb tikintisinə Bakıdan mənfi cavab Azərbaycan-Türkiyə hərbi-siyasi ortaqlığının yeni səhifəsində yer alıb. 2021-ci ilin mayında Qəzza (Fələstin)-İsrail toqquşmaları zamanı prezident Ərdoğanın Bakıya ünvanlanmış İsraili qınama və Fələstinə dəstək çağırışları görməməzliyə vurulub. İkiyə bölünmüş ada dövlətin – Kirpin türk kəsiminin tərəddüdsüz tanınması istəyini də rəsmi Bakı cavabsız qoyub.
Ankaranın gündəliyində olan bir çox digər mövzular, o cümlədən Şərqi Aralıq dənizi hövzəsinə dair niyyətləri (Prezident İlham Əliyev “Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı… heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik” desə də, dörd dövlətin ortaq qaz ixracı layihəsində İsrail də iştirak etdiyinə görə), Kosovanın müstəqilliyi məsələsi (XİN rəhbəri Ceyhun Bayramov serbiyalı vəzifədaşı Nikola Selakoviçlə görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın mövqeyini bir daha təkrarlayıb) rəsmi Bakının xarici siyasəti ilə müəyyən mənada uzlaşmır. (Doğrudur, 2020-ci ilin sentyabrında Yunanıstan səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən, İlham Əliyev elçini ağ yuyub-qara sərdi. “Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti” və “Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı...”)
Ehtimal ki Türkiyənin Əfqanıstan missiyası (paytaxt hava limanının mühafizəsi) gerçəyə çevrildikdə, rəsmi Bakıdan bu missiyada iştirak rica olunacaq. Beynəlxalq koalisiya çərçivəsində Azərbaycan belə bir təcrübəyə sahibdir. Bəs indi necə olacaq?
Əfqanıstan münaqişəsinin həllində Türkiyə-Azərbaycan-Pakistan üçlüyünün ümumi dil tapması ehtimalı yüksəkdir, amma digər maraqlı tərəflər necə olsun?
Rusiyanın liderliyi ilə Orta Asiya dövlətlərinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və İran... (Hadisələrin bu məcrada davam etdiyi təqdirdə, yeni bir Suriya və ikinci “Astana formatı”nın ortaya çıxması təəccüblü olmayacaq). Azərbaycan bu missiyada Türkiyə (eləcə də Pakistanla) sonadək birgə addımlayacaqmı?
Etiraf edək ki, rəsmi Bakı heç də həmişə sabitqədəm olmur. Şeyxülislamın açıqlamasına Türkiyə prezidentinin baş müşaviri M. Mücahit Küçükyılmazın kinayəli tvitini rəsmi Bakının sükutla qarşılaması kimi. Bunu, əsasən, Azərbaycan səlahiyyətlilərinin tərəzinin bir gözündəki daşları ağırlaşdırma, yəni Türkiyə və İran arasında seçim edərkən, Ankarın nəfinə addımtək yozanlar hazırda çoxluqdadır. Mümkündür, amma belə düşünmürəm. Məncə, rəsmi Bakı sadəcə mübahisədən kənarda qalmaq istəyir. Fikrimcə, yanlış olaraq.
İsrail səfiri Corc Dik və İran səfiri Abbas Musəvinin “Twitter”-də Azərbaycanı söz davası meydanına çevirməsinə rəsmi Bakının susqunluğu da, zənnimcə, səhvdir. XİN rəhbəri mən olsaydım, hər ikisini hüzura çağıraraq qulaqburması verərdim.
Mənim ovlağımda yad səyyad tərlan üçün tor qura bilməz!
Əziz Rzazadə
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Bu gün, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
Bu gün, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Bu gün, 08:30
Günəşdə güclü partlayış baş verib
Dünən, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
Dünən, 17:42
İrandakı rejimi dəyişirlər?
Dünən, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
Dünən, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Dünən, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Dünən, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq