Minsk Qrupu sərhəddəki gərginliklə bağlı bəyanat yayıb
Tarix: 29-07-2021 20:06 | Bölmə: Slayd
Minsk Qrupu sərhəddəki gərginliklə bağlı bəyanat yayıb

ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

Reyting.az
-ın xəbərinə görə, ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, həmsədrlər (Fransa-Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyirlər:

“Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır”.

Qeyd olunur ki, həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır: “Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər".




Bölməyə aid digər xəbərlər