23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
General Rövşən Əkbərov hakim qarşısında: "Ortada bir dənə də olsun sübut yoxdur"
Tarix: 30-07-2021 14:20 | Bölmə: Slayd
General Rövşən Əkbərov hakim qarşısında: "Ortada bir dənə də olsun sübut yoxdur"

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Reyting.az
xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.

İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. Bildirib ki, qətl hadisəsinin ona heç bir adiyyəti yoxdur: "Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir".

Məhkəmə təqsirləndirilən şəxslərə ifadə vermək təkilfi etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Prosesdə qətlə yetirilən E.Əliyevin hüquqi varisi, atası Fədai Əliyev dindirilib. O deyib ki, oğlunun ölüm xəbərini hadisə günü gecə saat 5 radələrində alıb: "Elçinin cənazəsini dostları - Nazim İbrahimovla Səməd Novruzov gətirdi. Səməd qardaşı Mədətə zəng edib dedi ki, Elçini general öldürüb. Oğlumun 7 mərasimindən sonra Ukraynaya getdim. Orada 3 il cinayət işini şəxsən özüm araşdırmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".

F.Əliyev qeyd edib ki, Kievdə bu işlə bağlı 50 nəfərlə danışıb: "Mənə mərhum Məzahir Şıxəliyevin dediklərinə görə, orada səfirliyin binasında oturub çay içiblər. Daha sonra səfirliyin yaxında olan kafedə oğlumla Məzahir oturublar, pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçinlə Rövşənin arasında mübahisə düşüb. Çölə çıxanda Rövşən oğlumu qətlə yetirib, Məzahiri isə yumruqla vurub. Elçin ölümündən əvvəl Məzahirə bildirib ki, onu Rövşən bıçaqla vurub, bir bir neçə dəqiqə sonra orada ölüb. Məzahir hadisədən sonra hazırda fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevə zəng edərək Rövşənin Elçini öldürdüyünü söyləyib".

Prokurorun suallarını cavablandıran F.Əliyev bildirib ki, hadisə ilə bağlı ilkin olaraq mərhum Qüdrət Əhmədov saxlanılıb: "Qüdrət oğlumun tanışı olub. Onu hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. Qüdrət mənə şəxsən dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib".

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib/Report

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}