23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Eldəniz Səlimovun deputat mandatı alına bilər - Deputat
Tarix: 30-07-2021 16:36 | Bölmə: Slayd
Eldəniz Səlimovun deputat mandatı alına bilər

"Deputat Eldəniz Səlimovla bağlı məsələyə tədqiqat işi aparılmadan, hadisə tam obyektiv araşdırılmadan münasibət bildirmək doğru olmaz. Əgər mətbuatda yazılanlar doğrudursa, hesab edirəm ki, hər kəs kimi deputatlar da qanunun keşiyində duran, xidməti vəzifəsini yerinə yetirən istənilən qanun keşikçisinə qarşı bu tipli hərəkət etməməlidir".

Bunu Reyting.az-a Milli Məclisin İntizam komissiyasının üzvü Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, məsələ barədə hüquq-mühafizə orqanları araşdırma aparacaq və lazım gələrsə, respublikanın Baş prokuroru Milli Məclisə təqdimatla müraciət edəcək:


Nəsib Məhəməliyev

"Eldəniz Səlimovla bağlı hadisə Milli Məclisdə yalnız bundan sonra müzakirə edilə bilər. Eyni zamanda, Milli Məclisin payız sessiyasında, sentyabr ayında parlament fəaliyyətinə davam etdikdə İntizam komissiyasında baxılması mümkündür. Tam araşdırılandan sonra qanunvericilikdə nəzərdə tutulan xəbərdarlıq, töhmət və ya cinayət xarakterli məsələlər varsa, mandatının əlindən alınması kimi tədbirlər görülə bilər. Ancaq təfərrüatları ilə tanış olmadığım üçün əvvəlcədən nəsə demək doğru olmaz".

N. Məhəməliyev qeyd edib ki, qanunlar müqəddəsdir və hər kəs onları qorumalıdır:

"Qanunlar istər deputat, istər nazir, istər icra başçısı - hər kəs üçün müqəddəsdir və onları qorumağa borcluyuq. Bu, bizim vətəndaşlıq borcumuzdur".

Qeyd edək ki, Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}