23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Sabiq icra başçısı deputatın cinayət törətməsinə şərait yaradıb
Tarix: 31-07-2021 00:26 | Bölmə: Slayd
Sabiq icra başçısı deputatın cinayət törətməsinə şərait yaradıb
Ş. Xanbabayev

Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi Baş Prokurorluqda araşdırılıb.

Reyting.az
xəbər verir ki, toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Digər mənbələr isə iddia edirlər ki, E. Səlimov polisi tək döyməyib, ona bu əməli törətməkdə digər şəxslər də köməklik göstəriblər. Bu məsələdə Xaçmazın keçmiş icra başçısı, hazırda Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sədri Şəmsəddin Xanbabayevə yaxın şəxsin də adı hallanır. Məlumata görə, həmin şəxs Ş. Xanbabayevin Mənsur adlı sürücüsüdür. Hətta sürücünün saxlanıldığı iddia olunur. Yəni dolaysı ilə Ş. Xanbabayev bəlkə də bilmədən belə bir hadisənin baş verməsinə şərait yaradıb.


E. Səlimov

Reyting.az-ın xəbərinə görə, Ş. Xanbabayev “Qaynarinfo”ya açıqlamasında deyib ki, hadisə zamanı istifadə edilən avtomobil ona məxsusdur: “Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Bu xidməti avtomobil deyil, şəxsidir. Amma sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm”.

Dava zamanı sürücüsünün həmin restoranda olması ilə bağlı suala cavabında Ş. Xanbabayev bildirib ki, davanın baş verdiyi restoran icra başçısı işləyərkən tikdirdiyi “Samovar” restoranın yanındadır: “Hadisə də orada olub. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənim”.

Sürücüsünün artıq saxlanılması ilə bağlı yayılan məlumatlara gəldikdə, sabiq icra başçısı əlavə edib ki, həmin şəxs 30 ildir onun yanında işləyir: “O, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm ki, o, davakar adam deyil. Sadəcə, deputat mənim maşınımda gedib”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}