Azərbaycanda benzin yenidən bahalaşıb
Tarix: 31-07-2021 10:47 | Bölmə: Slayd
Azərbaycanda benzin yenidən bahalaşıb

Azərbaycanda Aİ-95 ("Premium") markalı avtomobil benzini bahalaşıb.

Reyting.az
-ın məlumatına görə, ölkə ərazisində Aİ-95 benzininin qiyməti 1,40 manatdan 1,45 manatadək yüksəlib, bu da yanacağın alış qiymətindən asılı olan səbəbdir.

“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.

Ü. Həbibbəyli əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır:

“Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.

Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}