23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Jirinovski Rusiyanın siyasətini şübhə altına qoyub - Tarixçi alim
Tarix: 01-08-2021 18:40 | Bölmə: Slayd
Jirinovski Rusiyanın siyasətini şübhə altına qoyub

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə sərsəm çıxışı ilə gündəmə gəlib. Jirinovski çıxışında Cənubi Qafqazın uzun müddət Rusiyanın nüfuz dairəsində olduğunu əsas gətirib, ölkəsinin iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu bildirib. O, hətta Azərbaycan hakimiyyətini rus əsgərləri ilə təhdid etməkdən də çəkinməyib.

Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, tarixçi alim İbrahim Əliyev məsələyə münasibət bildirərkən Reyting.az-a deyib ki, Liberal Demokrat Partiyasının (LDP) lideri “Komsomolskaya Pravda” radiosuna verdiyi müsahibəsində Rusiya imperiyayönümlü qüvvələrinin iddialarının növbəti porsiyasını efirə buraxıb: “Rusiya hakim dairələrində rəsmi deyilə bilinməyən fikirlərin sərsəm ampluaya malik bir təlxəyin dilindən ifadə edilməsi, hərbə-zorba ilə, şantaj etmək, şərləmək kimi metodlardan istifadə edərək aranı qarışdırmaq cəhdləri davam edir. Onun fikirləri, elə oynadığı rola uyğun olaraq qeyri-ciddi qəbul edilir. Kimin-kim olduğunu dünya çox gözəl bilir. Müasir dövrdə qeyri-real ambisiyalarla çıxış etməklə istəklərinə nail olmaq mümkün deyil”.


İbrahim Əliyev

İbrahim Əliyev bildirib ki, Vladimir Jirinovski və onun kimi imperiya arzusu ilə yaşayanların hədəfi hər kəsə məlumdur: “Öz ölkəsinin köhnə imperiya arzularını reallıq kimi qələmə vermək istəyən bu siyasətçi əslində Rusiyanın maraqlarına xidmət etmir, onun regionda və dünyada yeritdiyi siyasətin səmimiliyini şübhə altına qoyur”.

Tarixçi alim əlavə edib ki, LDP liderinin fikirləri Rusiyanın rəsmi mövqeyi ola bilməz: “Belə olsaydı, onda Rusiyanın üzərində dayandığı təməl prinsiplərinə zidd bir sifətə malik olduğu üzə çıxardı. Belə təcavüzkar ambisiyalar müasir Rusiya Federasiyasına başucalığı gətirə bilməz. Özünə hörmət edən bir dövlət belə iddialarla çıxış edə, belə məqsədlərə can ata bilməz. Bütün ətrafındakıları əzmək, qonşularının taleyi ilə oynamaq, onların daxili işlərinə kobud müdaxilə etməklə hədələmək – bu cür iddialar özünü sivil dövlət adlandıran bir dövlətin mövqeyi ola bilməz. Düşünürəm ki, Rusiya hakim dairələri Jirinovskinin bu həyasız bəyanatlarına münasibət bildirməli, məsələlərə aydınlıq gətirilməlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}