23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Kəlbəcər və Naxçıvan istiqamətlərindəki mövqelərimiz yenə atəşə tutulub
Tarix: 02-08-2021 19:20 | Bölmə: Slayd
Kəlbəcər və Naxçıvan istiqamətlərindəki mövqelərimiz yenə atəşə tutulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub: "Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}