23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Yeni müharibə təhlükəsi: İsrail, ABŞ və İngiltərə İrana hücuma hazırlaşır?
Tarix: 03-08-2021 11:23 | Bölmə: Slayd
Yeni müharibə təhlükəsi: İsrail, ABŞ və İngiltərə İrana hücuma hazırlaşır?

İran Oman dənizində İsrailə aid neft tankerinə dron hücumunda ittiham olunur.

Reyting.az
-ın məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, İranın Oman dənizi sularında İsrailə aid neft tankerinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyinə əmindirlər.

ABŞ rəsmisi bu kontekstdə İngiltərə, İsrail və Rumıniya ilə qurulan təmaslardan danışıb.

Məlumat üçün qeyd edək ki, Oman sahillərində İsrail iş adamı Eyal Oferin şirkətinə aid olan “Mercer Street” neft tankeri iyunun 30-da hücuma məruz qalıb. Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə gedərkən hücuma məruz qalan gəmidə olan İngiltərə və rumıniyalı personal ölüb.

İsrail, İngiltərə və ABŞ bu akta görə İranı ittiham edir.

Dövlət katibi Blinken bildirib ki, ABŞ neft tankerinə İran tərəfindən hücum edildiyinə əmindirlər: “Biz bu hücumu bir daha qınayırıq. Əhatəli araşdırma apardıq və İranın gəmiyə hücum etdiyinə əminik”.

Blinken İngiltərə, İsrail və Rumıniya, habelə digər mttəfiqlərlə birlikdə neft gəmisinə hücuma “birgə cavab” vermək üçün işlədiklərini bildirib: “İngiltərə, İsrail və Rumıniya ilə çox yaxın təmaslarımız var və koordinasiya içindəyik. Bu hücuma reaksiya veriləcək”.

İsrail Xarici işlər naziri Yair Lapid isə bəyan edib ki, İran sadəcə, İsrailin problemi deyil, hər birimizə zərər verən bir terror və qeyri-sabitlik qaynağıdır: “İranın terroru qarşısında səssiz qalmamalıyıq”.

Bu arada rəsmi Tehran onu ittiham edən İsrail, ABŞ və İgiltərəyə xəbərdarlıq edib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə ABŞ və İngiltərəyə xəbərdarlığında ölkəsinin təhlükəsizliyini təhdid edəcək hər hansı bir addıma sərt cavab verəcəklərini bildirib.

“İran İslam Respublikası milli maraqları və təhlükəsizliyi məsələsində heç bir tərəddüt göstərməyəcək və anında cavab verəcək”,- İranın XİN sözçüsü deyib.

İngiltərə Xarici İşlər Nazirliyinin iddialarını əsassız sayan Xatibzadə ABŞ Dövlət Departamentini təxribatçı hərəkətlərdə ittiham edib.

İngiltərə isə bu açıqlamadan sonra kritik addım atıb. İranın Londondakı səfiri dərhal Xarici İşlər Nazirliyinə dəvət edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}