Türkiyədə yanğınlar: güclü küləyin təsiri ilə alov yaşayış məntəqələrinə yayılır - Fotolar
Tarix: 03-08-2021 12:04 | Bölmə: Slayd
Türkiyədə yanğınlar: güclü küləyin təsiri ilə alov yaşayış məntəqələrinə yayılır

Qardaş Türkiyədə meşə yanğınları ilə mübarizə aramsız davam edir. Son məlumatlara görə, 6 şəhərdə meşə yanğınlarının söndürülməsi üçün işlər aparılır. Ən son yanğın Muğlanın Menteşe məntəqəsində qeydə alınıb. Gündoğmuşda isə alovlar məhəlləyə keçib. Manavqatda bir məhəllə tamamilə boşaldılıb. Dənizlidə müşahidə olunan yanğın 12 saatdan sonra nəzarətə alınıb.

Reyting.az
Bodrum, Manavqat, Gündoğmuş, Armaris və Milasda davam edən yanğınlarla bağlı son durumu təqdim edir:

Muğlanın Çökürtmə kəndində yanğına müdaxilə davam edir. Yerdə işləyən yanğınsöndürənlərə havadan təyyarə və helikopterlər dəstək verir. Bu məhəllə tamamilə boşaldılıb.



Aydının Bozdoğan qəsəbəsindəki yanğın nəzarət altına alınıb. Yanğının başladığı Başalan məhəlləsində araşdırmalar aparılır. Aydın valisinin köməkçisi Mustafa Hulus Arat yanğının Muğlaya sıçradığını deyib. Arat yanğının yaşayış məntəqələrinə zərər vermədiyini bildirib: “Yalnız meşələr böyük zərər görüb”.

Menteşenin Gazeler məhəlləsinin Bozbayır hissəsində yanğın başlayıb. Sakinlər dərhal müvafiq qurumlara məlumat veriblər. Yanğını söndürmək üçün 5 yanğınsöndürən avtomobili, 2 su tankeri cəlb edilib.

Milas bələdiyyə sədri Məhəmməd Tokat deyib ki, kritik nöqtədə gözləyirlər: “Külək dayandığı üçün yanğın irəliləmir. Biz səbrlə gözləyirik. Əgər yanğın irəliləməyə başlasa anında müdaxilə olunacaq. Yanğını boğazda söndürmək məcburiyyətindəyik. Ümid edirəm ki, xoş xəbərlər olacaq”.

Gecə saatlarında Dənizlinin Buldan qəsəbəsinin Türlübey məhəlləsinə yaxın meşədə başlayan yanğın nəzarət altına götürülüb.



Türk Silahlı Qüvvələri (TSK) yanğının söndürülməsinə dəstək verdiyini bəyan edib. TSK “Tvitter” hesabında bildirib ki, ordu bir sıra yerlərdə yanğının söndürülməsinə başlayıb. 400-dən çox əsgər, 3 dron, 4 helikopter, 2 gəmi, 50-dən çox xüsusi avtomobil iş başındadır. Türk ordusu hər cür əlavə xidmətə hazırdır.

Antalyanın Gündoğmuş qəsəbəsində meşə yanğınlarının söndürülməsi gecə saatlarında da davam etdirilib. Burada 29 iyulda başlayan yanğın küləyin təsiri ilə daha çox ərazini əhatə edir.

Sarp bölgəsində alovla mübarizə davam etdirilir. Güclü külək səbəbindən yayılan yanğın Çarızözü, Senir, Naragça, Balkaya və Ümidli məhəllələrinə sıçrayıb. Yanğınsöndürənlər bəzi bölgələrdə prosesi nəzarət altına alıb. Bu gündən bölgədəki yanğınları dayandırmaq üçün havadan müdaxiləyə start veriləcək.

Muğlanın Milas və Bodrum hissəsindəki meşələrdən yaşayış yerlərinə sıçrayan yanğının söndürülməsi üçün işlər var güclü davam etdilir. Beyciler məhəlləsində meşəlik ərazidə başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə yayılıb. Alovlar Çökertmə, Bozolan, Feslegen, Gökbel və Türkevləri məhəlləsinə sıçrayıb. Jandarma qüvvələri bu ərazidə yanğına qarşı var gücü ilə işləyir.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}