23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ermənistanda yeni qarşıdurmalar gözlənilir - Politoloq
Tarix: 03-08-2021 13:17 | Bölmə: Slayd
Ermənistanda yeni qarşıdurmalar gözlənilir

Ermənistan prezidenti parlament seçkisində qələbə qazanan Nikol Paşinyanı Baş nazir vəzifəsinə təsdiqlədi. Paşinyan da vaxt itirmədən nazirləri və parlamentin rəhbər strukturlarını təyin etməyə başladı.

Reyting.az
-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu bildirib ki, indi Paşinyan üçün əvvəlki illərdən daha çətin olacaq, çünki keçən parlamentdə müxalifətin əsas hissəsi ilə dialoq mümkün olub, Baş nazir onları tez-tez iqamətgahına dəvət edib, fikir mübadiləsi apara bilib:

"Qarabağ klanı”nın timsalında indiki müxalifət Paşinyana qarşı barışmaz mövqedən çıxış edir, ilk gündən parlamentin işini iflic etməyə çalışdılar. Sözəbaxan müxalifət parlamentdən kənarda qalıb. Qarşılıqlı ittihamlar, söyüşlər hələ irəlidədir”.

Politoloq deyib ki, N. Paşinyan xarici siyasət və təhlükəsizlik məsələlərində naşıdır: “Məhz Paşinyanın Qarabağla bağlı təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırdı və Azərbaycanın qələbəsini təmin etdi. Paşinyan bu müddətdə Moskvanın əsəbləri ilə oynadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibini həbs etməklə qurumun imicinə zərbə vurdu".

E. Şahinoğlunun fikrincə, Paşinyan daxili siyasətə daha çox maraq göstərir:

"Paşinyanın ismi eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyandan fərqli olaraq korrupsiya qalmaqallarında hallanmayıb. Paşinyan islahatlar aparmağa meyllidir. Ancaq müharibədə ağır məğlubiyyətin və Ermənistanın verdiyi itkilərin yerini doldurmaq çətin olacaq, ölkəni tərk edənlərin - itirilən işçi qüvvəsinin sayı da artır. Rusiya Paşinyana havayı pul verəsi deyil, Qərbin pulları isə hələ ki, vədlərdədir”.

Politoloq diqqətə çatdırıb ki, Nikol Paşinyan Ermənistanın iki böyük qonşusu - Türkiyə və Azərbaycanla normal münasibətlərə malik olmağın reallığını anlayır: “Müharibədən sonra bu mövzuda onun müəyyən etirafları da oldu. Fərqli dövlətlərə “Gəlin, bizi Azərbaycandan qoruyun”,- çağırışlarının nəticə vermədiyini həm Paşinyan, həm də erməni cəmiyyəti əyani şəkildə gördü. Paşinyan Azərbaycanla sülh sazişi imzalamadan və qonşusu ilə sərhədləri müəyyənləşdirmədən bölgədəki gərginliyin azalmayacağını da anlamamış deyil. Ancaq bunları anlamasına rəğmən, o, erməni beyinlərində hakim olan “türk düşmənçiliyi” stereotipindən qurtulmağa tələsmir. Bundan qurtulmadan isə bölgədəki gərginliyi azaltmaq və islahatlarda nəyəsə nail olmaq mümkünsüzdür".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}