23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycandakı təşkilatlar Türkiyədəki yanğına qarşı səfərbər olunmalarını istəyirlər - Müraciət
Tarix: 03-08-2021 14:59 | Bölmə: Slayd
Azərbaycandakı təşkilatlar Türkiyədəki yanğına qarşı səfərbər olunmalarını istəyirlər

Qarabağ Azadlıq Təşkilatının (QAT), Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə, “20 Yanvar”, Qarabağ Qazilərinə Qayğı, Jurnalistlər Ekstremal Şəraitdə İctimai birliklərinin rəhbərləri Akif Nağı, Mehdi Mehdiyev, Emin Həsənli, Sultan Əzimzadə, Firudin Məmmədov, Firuzə Əsədullayeva, həmçinin Beynəlxalq Qarabağ Forumunun təmsilçiləri Türkiyədə tüğyan edən yanğınlara qarşı mübarizədə iştirak etmək istədiklərini bildiriblər.

QAT-ın Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, adıçəkilən ictimai birliklər yanğınlara qarşı mübarizəyə səfərbər olunmaları xahişi ilə Azərbaycan və Türkiyə prezidentlərinə müraciətlər göndəriblər.

Müraciətdə deyilir:

“Biz, Azərbaycan təşkilatları olaraq qardaş Türkiyənin müxtəlif ərazilərində baş verən yanğın fəlakəti ilə bağlı dərin kədərimizi, təəssüf hissimizi bir daha ifadə edirik. Yanğın nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına, həmçinin Türkiyə xalqına, rəhbərliyinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzulayırıq.

Bu ağır gündə Azərbaycanın qardaş Türkiyə ilə birlikdə olduğundan qürur duyur, iki qardaş ölkənin xoş və ağır günlərində bir yerdə olması ilə fəxr etdiyimizi bir daha ifadə edirik.

İnanırıq ki, Türkiyə dövləti bu dəfə də düşmənlərin məkrli niyyətinin qarşısını tezliklə alacaq, bu mücadilədən də qalib və daha güclü çıxacaq, Türk və İslam dünyasının dayaq və güc mərkəzi kimi inkişafını davam etdirəcəkdir.

Biz, Azərbaycan və Türkiyənin böyük fəlakətə qarşı mübarizəsinə öz kiçik töhfəmizi verməklə bağlı Sizə müraciət edirik. Xahiş edirik ki, təmsil etdiyimiz təşkilatları, üzvlərimizi yanğının söndürülməsi, bərpa işlərinin aparılması, böyük- kiçik - istənilən işlərin görülməsi üçün bizi də səfərbər edəsiniz.

Biz, Azərbaycan və Türkiyənin - iki qardaş ölkənin Ali Baş komandanlarının mücadiləyə hazır əsgərləriyik!

Yaşasın Azərbaycan- Türkiyə qardaşlığı! Yaşasın Türkiyə -Azərbaycan dostluğu!”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}