İqlim dəyişikliyi: 40 ölkə yanır
Tarix: 04-08-2021 15:03 | Bölmə: Slayd
İqlim dəyişikliyi: 40 ölkə yanır

Hazırda Türkiyə də daxil olmaqla 40-a yaxın ölkə meşə yanğınları ilə mübarizə aparır.

Reyting.az
xəbər verir ki, son illər müşahidə olunan isti hava dalğasının büründüyü dünya alov içindədir.

İqlim dəyişikliyinin təsiri ilə dünyanın bir çox nöqtəsində başlayan yanğınlarla ciddi mübarizə aparılmasına baxmayaraq, durumu nəzarət altına almaq mümkün olmur.

İtaliya, İspaniya, Yunanıstan kimi Avropa ölkələri, eləcə də ABŞ, Rusiya, Kanada, həmçinin Yaxın Şərq ölkələri başda olmaqla 2021-ci ildə meydana gələn yanğınlar milyonlarla hektarlıq meşə sahəsini məhv edir. Bu isə növbəti illər üçün daha fəlakətli vəziyyətin yaranması deməkdir.

Çoxlu sayda insan ölümünə səbəb olan, minlərlə heyvanı tələf edən və yaşayış məntəqələrini viran qoyan yanğınların sırasına hər gün daha biri əlavə olunur.

İsti hava və küləyin təsiri ilə yanğınlar yayılarkən dünyanın şərtləri pozulur. Bitki örtüyü və heyvan porsiyası faktiki yox olur. Eyni zamanda meşə yanğınları səbəbindən meydana gələn zərərli duman və tüstü havanı daha da çirkləndirir.

İqlim dəyişikliyinə qarşı hərəkətə keçilməsinin lazım olduğuna dair xəbərdarlıq edən mütəxəssislər önümüzdəki illərdə daha çox meşə yanğınları ilə qarşı-qarşıya qalacağımızı iddia edirlər.

Rusiyanın şərqindəki meşə yanğınlarında toplam bir milyon hektarlıq ərazi məhv olub. Rusiyanın Federal Meşə Xidməti bəyan edib ki, son 24 saatda 40 nöqtədə qeydə alınan yanğınlarla bağlı işlərə başlanılıb. Avqustun 3-dən etibarən 222 nöqtədəki toplam 1 milyon 71 min 845 hektar ərazidə meşə yanğınları davam edir. Yanğınların 126-sı Yakutiyada, 50-si İrkutskdə müşahidə olunur.

Rusiya elan edib ki, yanğınların söndürülməsi üçün 5 min insan və yüzlərlə avtomobil cəlb edilib.

Rusiya mətbuatı yazır ki, söndürülməyən yanğınlar səbəbindən Yakutiyada sanki gündüz gecənin qaranlığına dönüb.

Yunanıstan isə yanğınlarla mübarizəyə yeni başlayır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}