23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Türkiyədə yanğın dəhşəti: İES təhlükədə - 3500 nəfərlik personal təxliyə olunub - Fotolar
Tarix: 05-08-2021 06:31 | Bölmə: Slayd
Türkiyədə yanğın dəhşəti: İES təhlükədə - 3500 nəfərlik personal təxliyə olunub

Türkiyədə davam edən meşə yanğınlarına qarşı mübarizə tədricən effekt versə də, təhlükəli vəziyyət davam edir.

Reyting.az
xəbər verir ki, Muğlanın Milas qəsəbəsində yüksələn alov qazılan xəndək və görülən tədbirlərə rəğmən Kəmərköy İstilik Elektrik Stansiyasına (İES) sıçrayıb.

Nəticədə İES-də mümkün təhlükəsizlik tədbirləri görülüb və bölgədəki 8 məhəllənin sakinləri təxliyə edilib, regionda elektrik kəsintiləri yaranıb. İES-də Hidrogen çənləri boşaldılıb, 3500 personal təxliyə olunub. Hazırda bu hissədə yanğınsöndürənlər alovu dayandırmaq üçün böyük rəşadət göstərir. Yanğına müdaxilə bu gün səhər saatlarından nisbətən effekt verib. Görülən işlər sayəsində hündür alovlar tədricən azalıb. Buna səbəb yanğınsöndürənlərin İES ətrafında həm qurudan, həm də havadan müdaxiləsidir.



Bodrumun Mazi məhəlləsində təsirini itirməyən və digər ərazilərə sıçrayan yanğın artıq altıncı gündür davam edir. Örən və Milas istiqamətində irəliləyən alov Kəmərköy İES-in fəaliyyətini dayandırmasına səbəb olub və ərazinin boşaldılmasını qaçılmaz hala gətirib. Ərazini boşaldan jandarma qrupları burada dəhşətli hadisə ilə üzləşib. 87 yaşındakı Xədicə Özən əlindəki qablarla güclü alovları söndürməyə çalışırmış. İES ətrafına alovların hərəkət etməsinin qarşısının alınması işinə havadan iki təyyarə və üç helikopter də cəlb olunub.

Amma dünən günortadan sonra isti küləklərin əsməsi yanğını yenidən gücləndirib. Alovların İES-ə çatması səbəbindən Muğla valisi və Milas bələdiyyəsi bölgənin boşaldılması qərarını verib. Dərhal Örən, Alatəpə, Kurtak, Çamlıca, Bayər, Feslegen, Dəmirçilər və Qarağac məhəllələri boşaldılıb. Bu çərçivədə Türk Silahı Qüvvələrinin Dəniz Komandanlığına aid 500 personal və bir gəmi əraziyə yaxınlaşıb.



Bodrum yarımadasının ən yüksək dağ kəndi Gökbeldə yaşayanlar üç gün mübarizə apardıqdan sonra dəstək gözləməyə başlayıblar. Yüksəkdə yaşayan kəndlilər yanğını öz imkanları hesabına söndürdüklərini bildiriblər.

Milasda alovların əhatəsinə düşən 14 otaqlı Asuhandan evindən qaçan Səbahat Karabacak deyib ki, evi gözləri önündə yanıb: “Çarəsiz şəkildə bunu izlədim və sonra canımı götürüb qaçdım. Hər şey kül oldu. Ümidlərin, xəyallarım içəridə qaldı”.

Bu arada Marmaris qəsəbəsində küləyin təsiri ilə artan alovlar Kızkumu məhəlləsindəki sahilə doğru irəliləməyə başlayıb. Helikopterlər alovları nəzarət altına almağa çalışır.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}