23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Tofiq Zülfüqarov: “Minsk Qrupunun taleyi Azərbaycanın əlindədir”
Tarix: 05-08-2021 14:00 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Minsk Qrupunun taleyi Azərbaycanın əlindədir”

“Ruslar Minsk Qrupundan daha çox Türkiyə-Rusiya tandeminə üstünlük verir. Faktiki olaraq son bir ilə yaxındır ki, biz bunu görürük. Amma ehtiyat üçün Minsk Qrupu formatının da saxlanılmasını istəyirlər. Yəni Minsk Qrupunu nə çox dəstəkləyirlər, nə də imtina edirlər”.

Bu sözləri Reyting.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya, Fransa və Amerikanın regiondakı niyyət və istəklərindən danışarkən deyib.

Tofiq Zülfüqarov əlavə edib ki, Fransa ilə Amerika regiondan və Qarabağla bağlı prosesdən uzaqlaşdırıldıqlarını anlayırlar: “Bu səbəbdən də regiona qayıtmaq istəyirlər. Daha doğrusu, amerkalılar bir o qədər də maraqlı deyil. Ancaq Fransa Avropa İttifaqında olan maraqlarına və pezident Makron seçkiöncəsi duruma görə bir qədər fəal olmaq istəyir. Bu səbəbdən də fransızlar Minsk Qrupunun fəaliyyətinin aktivləşdirilməsində maraqlı tərəf sayıla bilər”.

Təcrübəli diplomat əmindir ki, Minsk Qrupunun taleyi əslində Azərbaycanın əlindədir: “Çünki Azərbaycan beynəlxalq qanunlara əsaslanaraq vasitəçilik üçün müraciət etsə də, müsbət nəticə əldə olunmayıb. Bundan sonra Azərbaycan məsələni öz imkanları daxilində həll edib. Daha sonra münaqişənin bitdiyi elan olunub. İndi biz Minsk Qrupunu çağırsaq onların imkanı olacaq ki, prosesə müdaxilə etsin. Yox, əgər biz onları dəvət etməsək, Azərbaycan daxilindəki məsələyə heç kəs müdaxilə edə bilməz. Ermənistan nə qədər istəyirsə, qışqırsın və bağırsın, Minsk Qrupunu tələb etsin... Minsk Qrupu hara gələcək? Azərbaycan ərazisinə? Azərbaycan onu qəbul etmir. Biz də hələlik vasitəçilərə vaxt və imkan tanıdıq ki, gedin fikirləşin, bəlkə faydalı təklifləriniz ola bilər. Bu halda biz ona baxa bilərik. Ancaq çox şey haqqında da düşünməyin. Çünki sizin görməli olduğunuz işləri biz həyata keçirmişik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}