Bill Qeytsin keçmiş həyat yoldaşı dünyanın ən zəngin şəxslərindən birinə çevrilib
Tarix: 07-08-2021 19:05 | Bölmə: Slayd
Bill Qeytsin keçmiş həyat yoldaşı dünyanın ən zəngin şəxslərindən birinə çevrilib

“Microsoft”un qurucusu Bill Qeyts rəsmi boşanmadan sonra təxminən 2,5 milyard dollarlıq səhmi keçmiş həyat yoldaşının hesabına köçürüb. Reyting.az xarici mediaya istinadla bildirir ki, beləliklə, Melinda Frenç Qeytsin sahibkardan ayrıldıqdan sonra sərvəti 5,7 milyard dollardan çox artıb.

“Bloomberg”in məlumatına görə, Bill Qeytsin bu ödənişi keçmiş həyat yoldaşını dünyanın ən varlı adamlarından biri edib.

Nəşr yazır ki, Bill Qeytsin investisiya meneceri “Cascade Investment”, avqustun 5-də Amerikanın ən böyük avtomobil satıcısı “AutoNation”ın 3,3 milyondan çox hissəsini onun keçmiş həyat yoldaşının hesabına köçürüb. İndi onların dəyəri təxminən 390 milyon dollardır.

Melinda Frenç Qeytsin hesabına “John Deere”dən 2,8 milyon qiymətli kağız və “Canadian National Railway”dan 9,5 milyonluq səhm daxil olub. Onların ümumi dəyəri isə 2 milyard dolları keçir.

Eyni zamanda, Qeytsin keçmiş həyat yoldaşı əvvəllər “Cascade Investment”dən təxminən 3 milyard dollar dəyərində qiymətli kağızlar alıb.

Beləliklə, boşandıqdan sonra amerikalı qadının sərvəti 5,7 milyard dollar artıb və bu da onun dünyanın ən varlı adamları siyahısına daxil olmasına imkan verib.

Xatırladaq ki, Bill Qeyts və həyat yoldaşı Melinda 2021-ci ilin may ayında boşandıqlarını elan ediblər.

Evliliyə son qoyma qərarını uzun müddət düşündüklərindən sonra verdiklərini və xeyriyyə fondu üzərində birlikdə çalışmağa davam edəcəklərini vurğulayıblar.

Qeyts 27 illik evlilikdən sonra avqustun 2-də rəsmi olaraq həyat yoldaşından boşanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər