Bakıda 23 naməlum şəhidin məzarı açılıb
Tarix: 10-08-2021 12:44 | Bölmə: Slayd
Bakıda 23 naməlum şəhidin məzarı açılıb

Bakı şəhərində yerləşən Birinci Şəhidlər Xiyabanında 23 naməlum şəhidin məzarı açılıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.

O bildirib ki, İkinci Şəhidlər Xiyabanında isə 9 məzarın açılması nəzərdə tutulur: "Qəbirlərin açılması prokurorluğun qərarı ilə həyata keçirilir".

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib.

Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (eksqumasiya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Baş Prokurorluqdan bildirilib ki, naməlum məzarlar Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aiddir.(Modern.az)




Bölməyə aid digər xəbərlər