Paşinyan Azərbaycanla danışıqları bərpa etmək istəyir
Tarix: 12-08-2021 12:05 | Bölmə: Slayd
Paşinyan Azərbaycanla danışıqları bərpa etmək istəyir

“Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır və ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözləyir”.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Ermənistan Baş naziri əlavə edib ki, İrəvan regional kommunikasiyanın blokadadan çıxarılması üçün Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın işini də bərpa etməyə hazırdır.

O, Ermənistan ən yüksək səviyyədə sülh danışıqları prosesinə qayıtmağa hazır olduğunu da bildirib.

Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistanın mövqeyinin dəyişməz olduğunu bildirən N. Paşinyanın sözlərinə görə, bu istiqamətdə işlər intensivləşməlidir.




Bölməyə aid digər xəbərlər