Erməni deputat: “Paşinyan hökuməti Əliyevin qarşısında aciz qalıb”
Tarix: 17-08-2021 14:47 | Bölmə: Slayd
Erməni deputat: “Paşinyan hökuməti Əliyevin qarşısında aciz qalıb”

“Nədənsə Ermənistan hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevin sərt bəyanatlarına deyil, müxalifətin səsləndirdiyi “kapitulyator” sözünə daha fəal reaksiya verir”.

Reyting.az
“Armenian News”a istinadla xəbər verir ki, bunu "Şərəfim var" blokunun parlament fraksiyasının katibi Hayk Mamicanyan Ermənistan parlamentinin avqustun 17-də keçirilən növbədənkənar iclasında bildirib.

O qeyd edib ki, nə xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan, nə də digər rəsmi şəxslər prezident İlham Əliyevin son şifahi hücumlarına cavab olaraq bircə açıqlama belə verməyiblər.




Bölməyə aid digər xəbərlər