Özünü Əfqanıstanın rəhbəri elan edən birinci vitse-prezident "Taliban"a savaş açıb
Tarix: 17-08-2021 18:58 | Bölmə: Slayd
Özünü Əfqanıstanın rəhbəri elan edən birinci vitse-prezident "Taliban"a savaş açıb

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edib.

Bu barədə siyasətçi tvitter səhifəsində məlumat verib.

Ə.Saleh respublika qanunlarına görə, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci vitse-prezidentin müvəqqəti olaraq ölkəyə rəhbərlik edəcəyini xatırladıb. Onun sözlərinə görə, hazırda ölkə daxilindədir və dəstək almaq üçün dünya liderləri ilə əlaqə qurur.

Siyasətçi həmçinin Əfqanıstan xalqını radikal "Taliban" silahlılarına müqavimətə qoşulmağa çağırıb. O qeyd edib ki, respublika əhalisi Əfqanıstanın Vyetnam, "Taliban" silahlılarının isə vyetnamlı partizanlar olmadığını sübut etməlidir.(Report)

Xatırladaq ki, avqustun 15-də "Taliban" Kabilə daxil olduğunu və Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdiyini bəyan edib. Prezident Əşrəf Qəni dərhal ölkəni tərk edib. Bəzi məlumatlara görə, siyasətçi ölkədən qaçarkən özü ilə birlikdə böyük məbləğdə pul aparıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər