Paşinyan Minsk Qrupu vasitəsi ilə danışıqlara başlamaq istəyir
Tarix: 18-08-2021 17:50 | Bölmə: Slayd
Paşinyan Minsk Qrupu vasitəsi ilə danışıqlara başlamaq istəyir

Baş nazir Nikol Paşinyan Azərbaycanla yüksək səviyyədə danışıqlara başlamağa hazır olması barədə bəyanatını təkrarlayıb. O, bu barədə çərşənbə günü Ermənistan hökumətinin iclasında 2021-26-cı illər üçün hökumətin fəaliyyət planını təqdim edərkən bildirib.

Reyting.az
-ın TASS-a istinadla verdiyi məlumata görə, Paşinyan deyib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsilə bağlı danışıqlar prosesinin tam bərpa edilməsinin zəruriliyini dəfələrlə bəyan edib: “Biz bu bəyanatları və mövqeyi alqışlayırıq, danışıqlarda yüksək və ali səviyyədə iştirak etməyə hazırıq".

Paşinyan əlavə edib ki, Ermənistanın təhlükəsizliyinin, süverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi, Qarabağ probleminin ədalətli həlli, Ermənistan ətrafında əlverişli mühitin yaradılması prioritet məsələ olaraq qalır.

N. Paşinyan hökumətin iclasında Ermənistanın silahlı qüvvələrində miqyaslı islahatların başladığını da bildirib.

Paşinyan regional sabitlik baxımından Qarabağın yekun statusunun müəyyən edilməsinə yönələn danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsinin vacibliyini qeyd edib.




Bölməyə aid digər xəbərlər