Sərdar Cəlaloğlu: “Azərbaycan kommunistləri ideologiyalarından çox uzaqdadır”
Tarix: 19-08-2021 16:14 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Azərbaycan kommunistləri ideologiyalarından çox uzaqdadır”

“İndi sol idelayalar cəlbedici deyil. Üstəlik, SSRİ və bəzi ölkələrdə solların hakimiyyətə gəlişi ilə əslində sol ideyaların həyata keçirilməsinin nə dərəcədə çətin olduğu meydana çıxdı. Dünya azad bazar iqtisadiyyatına qədəm qoyanda məlum oldu ki, Marks və digərlərinin tənqid etdiyi kapitlalizm iqtisadi inkişafın məhsuludur və həm də sosial problemləri həll edir. Bu gün ABŞ və Avropada demək olar ki, bizə xas sosial problemlərin heç biri yoxdur. Bu mənada adamlar anladı ki, sol ideyaların arxasınca getmək, proletar inqilablar etməklə buna nail olmaq mümkün deyil. Cəmiyyətin düzgün inkişafı insanların sosial vəziyyətinin inkişafına səbəb olur. Bu mənada heç kəs sol ideyaların arxasınca getmir”.

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycanda sol təmayüllü partiyalar və kommunist təşkilatlarının zəif olmasının səbəblərindən danışarkən Reyting.az-a deyib.

Onun sözlərinə görə, yuxarıda dedikləri əslində Azərbaycan solçuları və kommunistlərinə aid deyil. Çünki Azərbaycan kommunistləri nə kommunist ideologiyasını, nə də dünya kommunist hərəkatının tarixini bilir: “Onların heç danışmağa, cəmiyyət arasına çıxmağa halları da yoxdur. Əslində Azərbaycan kommunistləri kommunist ideologiyasından çox uzaqdadır”.

Partiya sədri bildirib ki, Azərbaycanda solçuların və kommunistlərin perspektivi yoxdur: “Ən millətçi partiyalar arzuladığı qədər elektorat toplamaqda çətinlik çəkirsə, tarixin arxivinə atılmış, özünü doğrultmayan ideyaları kimi müdafiə edəcək? Heç kim”.

S. Cəlaloğlu əlavə edib ki, artıq cəmiyyətdə kommunistlərlə bağlı bir nostalji də yoxdur: “Əksinə, Azərbaycanda sovet hökuməti vaxtında xalq kommunistləri sevməyib. Azərbaycan kommunistləri isə klassik mənada kommunist olmayıblar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər