Bakı və İrəvana çağırış: minalanmış ərazilərin xəritələri ilə məhbusları dəyişin
Tarix: 19-08-2021 20:46 | Bölmə: Slayd
Bakı və İrəvana çağırış: minalanmış ərazilərin xəritələri ilə məhbusları dəyişin

Rusiya Bakı və İrəvanı məhbus mübadiləsinə və minalanmış ərazilərin xəritələrini qarşı tərəfə təqdim etməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova avqustun 19-da keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyət Rusiya tərəfinin daimi diqqət mərkəzindədir.

“Şərtsiz prioritet Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsidir. Bakı və İrəvanla ən yüksək və yüksək səviyyədə əlaqələr mütəmadi olaraq həyata keçirilir. Rusiya prezidenti iyulun 7-də Ermənistanın Baş naziri ilə, iyulun 20-də isə Moskvada Azərbaycan prezidenti ilə görüşdü. Xarici siyasət, müdafiə, sərhəd idarələri istiqamətində lazımi işlər davam etdirilir, səfirliklər fəal işləyir.

Formatlar tərəflərlə müzakirə olunur və işin xeyrinə ən təsirli görüş və onun formatı əsasında qərarlar verilir. Xüsusi həssaslıq və təhlükəsizlik məsələləri də daxil olmaqla bəzi məsələlərin müzakirələrinin təfərrüatları həmişə açıq olmur. Bu, davamlı nəticənin əldə olunmasına mane ola bilər".

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Cənubi Qafqaz ölkələrindən olan siyasətçilərin bəzən müraciət etdikləri qarşıdurma, xüsusən də davakar ritorikanın mütləq əks-effekt verdiyini vurğulayıb.

Onun sözlərinə görə, bu, əsas şeyə - davamlı nəticənin əldə edilməsinə ziyandır. "Nəticənin nəyə yönəldiyini bilirsiniz? Bu gün dediyim müqavilələrdə hər şey yazılıb. Həm Bakı, həm də İrəvan bütövlükdə Dağlıq Qarabağda tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilən Rusiya sülhməramlı kontingentinin sabitləşdirici rolunu yüksək qiymətləndirirlər. Sülhməramlılarımızın "yerdəki" hərəkətləri sayəsində bölgədə vəziyyət xeyli yaxşılaşıb, nisbətən sakit olaraq qalır. Evlərinə qayıdan qaçqınlarla bağlı məlumatlar mütəmadi olaraq ölkəmizin Müdafiə Nazirliyinin saytında yerləşdirilir və fərdi hadisələr iş qaydasında tez bir zamanda həll edilə bilər.

Onların meydana gəlməsinin səbəbi, şübhəsiz ki, Bakı ilə İrəvan arasındakı münasibətlərə kəskin inamsızlıqdır. Rusiya Bakı ilə İrəvan arasındakı münasibətlərin hərtərəfli yaxşılaşmasının tərəfdarıdır və əlbəttə ki, biz bu mövqeyi həm Bakıya, həm də İrəvana, o cümlədən ən yüksək səviyyələrdə çatdırırıq”.

Mariya Zaxarova əlavə edib: “Hər iki tərəfi humanitar sahədə qarşılıqlı qıcıqlandırıcıları ən qısa müddətdə ortadan qaldırmağa, "hər şey hamı üçün" formuluna və mina sahəsinin xəritələrinə uyğun olaraq əsirləri dəyişdirməyə çağırırıq”.




Bölməyə aid digər xəbərlər