Koronavirus idarə olunan prosesdir və müəyyən qüvvələrin nəzarətindədir
Tarix: 20-08-2021 13:12 | Bölmə: Slayd
Koronavirus idarə olunan prosesdir və müəyyən qüvvələrin nəzarətindədir

“COVID-19 infeksiyası faktiki idarə olunan hala gəlib. Fikrimcə, artıq virus üzərində nəzarəti həyata keçirən müəyyən qüvvənin olduğu şübhəsi getdikcə artır. Əslində ilk gündən də belə şübhələr var idi. Dünya siyasətindəki çevik dəyişikliklər də göstərir ki, virus elə bir dövrdə ortaya çıxarılıb ki, digər layihələrin həyata keçirilməsi asanlaşsın”

Bu sözləri Reyting.az-a Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

F. Mustafa əlavə edib ki, koronavirus dövrü Azərbaycan üçün faydalı olub: “Ən azından Qarabağla bağlı böyük məsələləri həll edə bildik. Amma bütövlükdə bu, idarəolunan prosesə bənzəyir və bütün şübhələr də buna yönəlir”.


F. Mustafa

Deputat düşünmür ki, bunu hansısa dövlət edə bilər. Onun ehtimalına görə, burada dövlətlərdən daha çox dövlətüstü, dünyanı müəyyən dərəcədə idarə edən qüvvələrin işi özünü hiss etdirir:

“Diqqət edin, virusla bağlı ehtimallar daha çox 2021-ci ildə onun yekunlaşmasına dair idi. Amma proses davam edirsə, deməli təsadüfi deyil. Üstəlik, peyvəndin də effekti o qədər yüksək olmadı. Bu da onu göstərir ki, problem qalmaqdadır və kimlərsə prosesi davam etdirmək düşüncəsindədir”.

F. Mustafa dünyanın daha nə qədər virusla yaşayacağı haqda konkret fikir bildirməkdən çəkinib. Deyib ki, artıq peyvənd də çıxış yolu kimi görünmür, ona yumuşaldıcı variant kimi baxılır: “Ona görə də, əslində peyvəndləşmə odur ki, məsələ yekunlaşmalı, problem həll olunmalıdır. Hamı peyvənd olundu, əgər virus qalmaqda davam edirsə, deməli problem qalır. Ona görə də, virusun nə qədər davam edəcəyinin konkret zamanını demək çətindir. Hələlik reallıq budur ki, virus can almaqda davam edir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər