08:23 / 21-10-2021
Azad Zəngilan - Fotolar
AŞPA Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamə qəbul edib
Tarix: 27-09-2021 22:58 | Bölmə: Siyasət
AŞPA Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi, irlandiyalı deputat Paul Qavanın hazırladığı hesabat bu gün qəbul edilib.

Reyting.az
-ın məlumatına görə, AŞPA-da qəbul edilən "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamədə ölənlər, itkin düşənlər və yaralılar, hərbi əsirlər, əsir olduğu iddia edilənlər, mina və partlamamış hərbi sursatlar, köçkünlər, mədəni irs və s. mövzulara yer verilib.

Həmçinin, qısa və uzun müddətli humanitar nəticələr əldə etmək və Ermənistanla Azərbaycan arasında sülh, barışıq prosesinə doğru addım atmaq üçün tövsiyələr də irəli sürülüb.

Hesabatda Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyət hər iki ölkəyə kömək göstərməyə təşviq edilib.

Müzakirə zamanı avstriyalı deputat Stefan Şennak Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb.




Bölməyə aid digər xəbərlər
15-10-2021, 11:36 Ombudsman bəyanat yayıb

{sape_links}{sape_article}