17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qarabağdakı atışmada çoxsaylı erməni hərbçisi yaralanıb
Tarix: 15-10-2021 00:25 | Bölmə: Slayd
Qarabağdakı atışmada çoxsaylı erməni hərbçisi yaralanıb

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində - Xocavənd rayonunun Noraşen kəndindəki qanunsuz erməni silahlı dəstələri arasındakı atışmada 6 erməni hərbçisi yaralanıb. Bu, Ermənistan KİV-lərinin yaralılarla bağlı ilkin məlumatıdır.

Reyting.az
xəbər verir ki, qanunsuz erməni silahlı birləşmələrindəki daxili narazılıqlardan başlayan atışmanı Ermənistan KİV-ləri fərqli təqdim edirlər.

Azərbaycan Müdafiə Nazirliyi insidentlə bağlı heç məsuliyyət daşımadığını əvvəlcədən bəyan etsə də, Ermənistan tərəfi məsuliyyəti Azərbaycan Ordusunun üzərinə atmağa çalışır.

İddia olunur ki, guya Azərbaycan Ordusu separatçı rejimin silahlı dəstəsinin postunu minaatanlardan atəşə tutub. Ermənistan mətbuatı bildirir ki, əsgərlərin olduğu çadırın atəşə tutulması nəticəsində 6 erməni hərbçisi yaralanıb.

Ermənistanın rəsmi mənbələri hələ ki, ölüm faktını təsdiqləmirlər.

Artıq Rusiya sülhməramlıları vəziyyətə müdaxilə ediblər.

Onu da qeyd edək ki, sosial şəbəkələrin Ermənistan seqmentindəki qeyri-rəsmi məlumata görə, atışma nəticəsində 9 erməni hərbçisi yaralanıb, 3 nəfər ölüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}