14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Nazirlikdən xəbərdarlıq: “Yeni doğulan körpələr arasında koronavirusa yoluxma var"
Tarix: 15-10-2021 15:29 | Bölmə: Slayd
Nazirlikdən xəbərdarlıq: “Yeni doğulan körpələr arasında koronavirusa yoluxma var"

“Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxma halları qeydə alınıb”. 

Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib. 

O bildirib ki, hər yaş qrupunda COVID-19-a yoluxma olur: “Onlar arasında virusu ağır keçirənlər də var. Yaxşı tərəfi odur ki, onlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”/Report.

Nazirlik rəsmisi əlavə edib ki, ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır”.

O qeyd edib ki, həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: “Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmaması təhlükə mənbəyidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər