Füzuli Hava Limanına beynəlxalq status verilib
Tarix: 16-10-2021 11:59 | Bölmə: Slayd
Füzuli Hava Limanına beynəlxalq status verilib

Füzuli Beynəlxalq Hava Limanına beynəlxalq status verilib.

Reyting.az 
xəbər verir ki, bu status Baş nazir Əli Əsədovun sərəncamına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alaraq verilib. 

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərilsin.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}