Daha bir məktəb distant təhsilə keçib - 12 müəllim və 5 şagirddə koronavirus aşkarlanıb
Tarix: 19-10-2021 10:25 | Bölmə: Slayd
Daha bir məktəb distant təhsilə keçib - 12 müəllim və 5 şagirddə koronavirus aşkarlanıb

Paytaxtdakı 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}