Sabah Azərbaycan, Rusiya və Ermənistanın İşçi Qrupu görüşəcək
Tarix: 19-10-2021 11:13 | Bölmə: Slayd
Sabah Azərbaycan, Rusiya və Ermənistanın  İşçi Qrupu görüşəcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.

Rusiya KİV-ləri xəbər verir ki, görüşdə Baş nazir müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər.

Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işi müvəqqəti olaraq dayandırılmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021-ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}