14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Dini mərkəzin rəhbəri istintaqa cəlb olunub
Tarix: 20-10-2021 08:28 | Bölmə: Slayd
Dini mərkəzin rəhbəri istintaqa cəlb olunub

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri, ilahiyyatçı İlqar İbrahimoğlu dünən saxlanılaraq Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) bir neçə saat şahid qismində dindirilib. Reyting.az-ın məlumatına görə, oktyabrın 19-da DTX-ya aparılan İ. İbrahimoğlu “Facebook” səhifəsində canlı yayıma çıxaraq deyib ki, oktyabrın 20-də gecə saat 2 radələrində sərbəst buraxılıb.

“Mən hazırda sərbəstəm. Məni evimdən aparıblar. Bir neçə saat şahid qismində dindirilmişəm. Maraqlandırılan suallara cavb vermişəm. Geniş, ətraflı müzakirələr olub. Bütün sürəc boyunca çox peşəkar, korrekt davranılma olub. Hazırda mənə ünvanlanan bütün suallar, məsələlər cavablandırıldığı üçün sərbəst buraxılmışam”, - İ. İbrahimoğlu deyib.

İ. İbrahimoğlu hansı cinayət işi üzrə dindirilməsi və dindirilmənin detalları barədə məlumat verməyib. O, həmçinin yenidən dindirilmə üçün dəvət edilib-edilməyəcəyini də deməyib.

Dövlət Təhlükəsizliyi Xidməti də ilahiyyatçının dindirilməsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

İlahiyyatçının şahid qismində dindirilməsi İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxta təsadüf edir. Bu səbəbdən də bəzi KİV-lər onun İranla əlaqəli şəxslərə görə istintaqa cəlb olunduğunu ehtimal edirlər.

Onu da xatırladaq ki, İ. İbrahimoğlu bundan öncə 2003-cü ildə prezident seçkilərindən sonra həbs edilərək, 2004-cü ilin aprelin ayında 5 il şərti həbs cəzası ilə azadlığa buraxılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}