14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
NATO-nun Rusiyaya qarşı yeni planı açıqlanıb
Tarix: 22-10-2021 11:58 | Bölmə: Slayd
NATO-nun Rusiyaya qarşı yeni planı açıqlanıb

NATO-nun Rusiyaya qarşı çəkindirici gücünü artırmaq məqsədi daşıyan yeni planı ortaya çıxıb.

Reyting.az
-ın məlumatına görə, xarici KİV-lərə sızan strategiyadan aydın olur ki, Rusiyanın Baltikyanı və Qara dənizdə eyni vaxtda hücum ehtimalına qarşı hazırlıq görülür.

Yeni strategiyanın ABŞ-ın Avropa çevrəsində Qara dəniz sahili ölkələri ilə əlaqələri inkişaf etdirmək siyasətinə uyğun olduğu bildirilir.

Şimali Atlantik Paktının Avropa üzərində artan Rusiya təhdidinə qarşı geniş çərçivəli çəkindirici gücü artırmağı hədəfləyən planı NATO ölkələri müdafiə nazirlərinin bu gün Brüssel toplantısından öncə ortaya çıxması diqqət çəkir.

“Röyter” agentliyi xəbər verir ki, NATO müdafiə nazirləri hər hansı mümkün rus hücumlarına qarşı müdafiə üçün yeni plan üzərində razılaşmağa hazırdırlar.

Planın ABŞ-ın Çinə fokuslandığı bir mərhələdə NATO-nun Rusiya üzərində təzyiq və çəkindirici ünsür olmasını təmin edəcəyi ehtimal olunur. Planda Baltik-Qara dəniz xəttinin önə çıxması xüsusilə diqqət çəkir.

Sızdırılan strategiya sənədi NATO-nun mövcud regional müdafiə planlarından kənara çıxır. Plan Baltik və Qara dəniz regionlarında istənilən eyni vaxtda hücumlara, o cümlədən nüvə silahlarına, kosmosda kompüter şəbəkələrinin sındırılmasına hazırlaşmaq məqsədi daşıyır.

Məlumdur ki, ABŞ son zamanlar Qara dəniz sahili ölkəsi olan Rumıniya, Bolqarıstan, Gürcüstan və Ukrayna ilə hərbi və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirib. NATO toplantısından əvvəl ABŞ-n müdafiə naziri Austin Kiyev, Buxarest və Tiflisə səfər edib. O da məlumdur ki, Vaşinqton son illər Avropanın Polşa, Litva, Norveç kimi ölkələri ilə əlaqələrini genişləndirib.

Son zamanlar ABŞ Polşa, Rumıniya və Bolqarıstan vasitəsilə Qara dənizdə hava və dəniz müşahidələri aparır. Bu fəaliyyətlər zamanı ABŞ və Rusiya hərbi ünsürləri üz -üzə gəlir. Nəhayət, ötən gün Rusiyanın “Su-30” döyüş təyyarələri Qara dəniz üzərində ABŞ-ın “B-1B” tipli bombardmançı təyyarəsi ilə qarşılaşıb.

İngiltərə isə Donbasda Rusiya ilə gərginlik yaşayan Ukraynaya raket satacağını açıqlayıb. Bundan başqa, London Kiyevə döyüş təyyarələri üçün raket tədarükünə də hazırlaşır.




Bölməyə aid digər xəbərlər