14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
İranlı nazirdən çağırış: “Türkiyə və Azərbaycanla əlaqəni gücləndirməliyik”
Tarix: 23-10-2021 11:50 | Bölmə: Slayd
İranlı nazirdən çağırış: “Türkiyə və Azərbaycanla əlaqəni gücləndirməliyik”

“Qonşu Türkiyə və Azərbaycan Respublikası ilə iqtisadi diplomatiya daha da inkişaf etdirilməlidir”.

Reyting.az
xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi bildirib.

O deyib: “İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin Azərbaycan Respublikası və Türkiyə ilə birgə əməkdaşlığı müəyyən edilməlidir, çünki bizim bu ölkələrlə çox yaxşı əməkdaşlıq sahələrimiz var. Bu sahələri iqtisadi əməkdaşlıq və koordinasiya ilə tamamlamaq üçün ciddi planlaşdırma aparılmalıdır”.

Nazir əlavə edib ki, Şərqi Azərbaycan mühüm tranzit bölgəsi, İranın şimal ölkələrlə əlaqə nöqtəsidir və bu ərazi çox mühümdür. Bu və digər səbəblərdən də Türkiyə və Azərbaycan Respublikası ilə iqtisadi diplomatiyanın daha da inkişaf etdirilməsini vacib sayır.




Bölməyə aid digər xəbərlər