14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Ərdoğan Qafqazda nəbz yoxlayır - İngilis mediası
Tarix: 26-10-2021 17:58 | Bölmə: Slayd
Ərdoğan Qafqazda nəbz yoxlayır

İkinci Qarabağ müharibəsi ilə birlikdə şərtlərin dəyişdiyi Qafqazda Ərdoğan nəbz yoxlayır.

Reyting.az
xəbər verir ki, bunu İngiltərənin populyar “Financial Times” qəzetinin analitikləri yazıblar.

Bildirilir ki, bu prosesdə Türkiyə prezidentinin əsas rəqibləri Rusiya və İrandır. Analitiklərə görə, İrəvandan gələn siqnallar da müsbətdir.

Türkiyə prezidenti Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə bu gün işğaldan azad edilən Füzulidəki hava limanının açılışını həyata keçirib.

“Financial Times” qəzeti isə yalnız 44 gün davam edən İkinci Qarabağ müharibəsinin ardından şərtlərin dəyişdiyi Qafqazda Türkiyənin rəqibi Ermənistana əl uzatdığını bildirir.

Analitik Ayla Jean Yakley qeyd edir ki, 44 günlük Qarabağ müharibənin başa çatmasının birinci ilində Rəcəb Tayyib Ərdoğan İrəvanın nəbzini yoxlayır.

Məqalədə qeyd edilir ki, Cənubi Qafqazda ağırlığını artırmaq üçün hərəkətə keçən Türkiyənin əsas rəqibləri gözlənildiyi kimi Rusiya və İrandır.

“Prezident Ərdoğan haradasa 30 ildir ki, qopuq və zərbə almış münasibətlərin yenidən canlandırılmasını gündəmə gətirdi”,- məqalədə vurğulanır.

İrəvandan gələn reaksiyaların üzərində duran məqalədə bildirilir ki, Qarabağ müharibəsini uduzduqdan sonra həftələrlə istefaya dəvət olunan Baş nazir Nikol Paşinyan yaxın zamanlarda Türkiyə ilə ön şərt irəli sürmədən görüş və müzakirələrə hazırdır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həm Ankara, həm də İrəvandan pozitiv siqnallar daxil olduğunu söyləyir. Qriqoryana görə, yaxın gələcəkdə görüşlərin başlanması üçün eyni nöqtədə olan tərəflərin pozitiv siqnalları ortaya bir fürsət çıxarır. Sərhədlərin açılması, iqtisadi əlaqələrin başlanması, hökmətlərarası əlaqələrin qurulması isə gündəmdəki əsas başlıqlardır.

Bununla yanaşı, Qriqoryan buzların əriməsi halında belə Türkiyə və Ermənistan arasında 1915-ci il hadisələrinin bir problem olaraq qalacağını da qeyd edir.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına Azərbaycan da dəstək verir. Azərbaycan rəsmisi Hikmət Hacıyev 2009-cu ildəki vəziyyətin fövqəladə şəkildə dəyişdiyini, Türkiyə-Ermənistan əlaqələrinin artmasının mümkünlüyünü bildirir.





Bölməyə aid digər xəbərlər