11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
İran-Azərbaycan gərginliyində ərəb ölkələri hansı mövqeyi tutmalıdır? - Təhlil
Tarix: 06-11-2021 12:55 | Bölmə: Slayd
İran-Azərbaycan gərginliyində ərəb ölkələri hansı mövqeyi tutmalıdır?

Təxminən bir il əvvəl Azərbaycanla Ermənistan arasında müharibə başlayıb, ardınca Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə iki ölkə arasındakı, sərhəd dəhlizində rus sülhməramlılarının olmasını nəzərdə tutan sülh sazişi imzalanıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Arab News” yazıb.

Nəşrin təhlil yazısında qeyd olunur:

Bu müharibənin dolayı nəticələri və onun həlli Cənubi Qafqaz regionunda qüvvələr balansına təsir edib. Dava zamanı İran çətin vəziyyətdə qalıb - Ermənistanla tarixi regional ittifaq və onun azəridilli əhalisinin iradəsi arasında. Bəzi iddialara görə, Tehran ilk bir neçə gündə İrəvana silah yardımı edib, bu, İran tərəfindən qəti şəkildə rədd edilib. Lakin siyasi müstəvidə müharibənin ilk həftəsində Tehran səssiz qalıb və kövrək tarazlığı saxlamağa çalışıb.

Daxili etirazlar və regional qurumların təzyiqləri Tehranı mövqeyini dəyişməyə və daxili cəbhəsini sakitləşdirmək üçün Azərbaycanın yanında olmağa məcbur edib.

Son aylarda Azərbaycan Respublikası ilə İran arasında gərginlik yenidən artıb. İki ölkənin sərhədləri boyunca keçirilən təlimlər bu gərginliyə səbəb olub. İran bu bölgədə getdikcə daha çox təcrid olunur, Türkiyə, Azərbaycan və Pakistanın yaxınlığının şahidi olur.

Ötənilki müharibə zamanı Türkiyə və Pakistan açıq şəkildə Azərbaycana dəstək verdilər. Əməkdaşlığın bu qədər artması həm də ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra Əfqanıstanda yaranmış yeni vəziyyətin nəticəsidir.

Gərginlik artdıqca, potensial təhlükəli nəticələrdən biri hər bir ölkənin yerli etnik əhalisi arasında müdaxilədir ki, bu da regionun beynəlxalq səviyyədə tanınmış suverenliyinin, Yaxın Şərq və Mərkəzi Asiya ilə sərhədlərinin dağılmasına və qeyri-sabitliyinə gətirib çıxara bilər. Həmçinin, Ermənistanla gərginliyi artıran istənilən müharibə domino effektinə malikdir. Məhdud sərhəd toqquşmaları da hər iki bölgəni müharibəyə sürükləyə bilər.

Böyük güclər arasında rəqabət kimi illər ərzində geosiyasi dinamika dəyişdikcə, hamımız Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında qarşılıqlı əlaqələri dərk edirik. Gərginliyin daha da artmasının qarşısını almaq üçün bu gün Azərbaycanla İran arasında eyni dialoqa ehtiyac ola bilər. Təcili danışıqlara və gərginliyi azaltmağa ehtiyac var.

İranın Yaxın Şərqdəki mübahisəli roluna baxmayaraq, aparıcı ərəb ölkələri münaqişədə neytral vasitəçi kimi çıxış etməlidirlərmi? Nəzərə alınmalı vacib məqam Tehranın təkcə Azərbaycanla bağlı deyil, bütün Yaxın Şərqdəki rolunu dəyişmək istəməməsidir. İran bəzi ərəb hökumətlərinin sabitliyi pozan hesab etdiyi xarici siyasətindən əl çəkməyə hazırdırmı? Ərəb vasitəçiliyi bu potensial genişmiqyaslı münaqişənin qarşısını ala və geniş razılaşma əldə edə bilərmi? Bu planın uğur qazanması üçün qlobal və regional güclərin dəstəyinə ehtiyacı var.

Şübhəsiz ki, ABŞ-ın hərbi mövcudluğunun azalması səbəbindən Yaxın Şərqdən Orta Asiyaya qədər yeni geosiyasi tarazlıq yaranıb ki, bu da İranın marağında deyil və indi Tehran bundan təhlükə hiss edir. Ola bilsin ki, Tehranın asimmetrik taktika və siyasətlərini dəyişməli olduğunu anlamasının vaxtı çatıb.




Bölməyə aid digər xəbərlər