11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Koronavirusun yeni əlaməti aşkar edilib
Tarix: 07-11-2021 10:32 | Bölmə: Slayd
Koronavirusun yeni əlaməti aşkar edilib

COVİD-19 diaqnozu qoyulmuş xəstələrin beşdə birinin əl və ayaq barmaqlarının uclarında şişmə və qızartı halları müşahid olunur.

Bu barədə məlumat yayan “Вечерняя Москва” nəşrinin elektron versiyası onu da əlavə edir ki, virusa yoluxanların bəzilərinin yuxarı və aşağı ətraflarında, donvurmada olduğu kimi, qabarcıqlar və irinləmələr aşkar edilib.

Mütəxəssislər COVİD-19-un bu yeni əlamətini virusun damarları zədələməsi ilə əlaqələndirirlər. Bundan savayı, Moskva dermatologiya və kosmetologiya üzrə elmi-təcrübə mərkəzinin ekspertləri bu yeni və “gözlənilməz” əlaməti koronavirus infeksiyasının dəridə yayılmış xəstəliklərin siyahısına daxil ediblər.

Mənbənin yaydığı məlumatda qeyd edilir ki, qızarmış “covid barmaqları”na daha çox uşaq və yeniyetmələrdə rast gəlinir, fəqət son vaxtlar böyüklərdə də müşahidə olunmaqdadır... “Bu əlamət insanın immun sisteminin virusa reaksiyası və endoteliyanın, - damarların daxili təbəqəsini yaradan hüceyrələrin funksiyasını itirməsi nəticəsində meydana gəlir”,- deyə, diaqnostika mərkəzinin rəhbəri Mariya Petina vurğulayıb. Onun sözlərinə görə, endotelial hüceyrələr qanla toxumalar arasında müəyyən sədd yaradır, böyük miqdarda bioloji aktiv maddələri sintez edir və ayırır.

Mərkəzin həkim-dermatoloqu Tatyana Sulima COVİD-19-un yeni əlaməti barədə danışarkən bildirib ki, dəridə səpmənin görünməsi yoluxmanın ilkin formasının əlamətidir və gözlənilən ağırlaşmanı xəstələr əvvəlcədən hiss etmirlər. O, koronavirusa yoluxanlara ilk növbədə əl və ayaq barmaqlarına diqqət yetirmələrini məsləhət görür, çünki onların rənginin dəyişməsi artıq həyəcan siqnalının verilməsi deməkdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər