11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Rejissorun yaralanması, operatorun ölümü... - Faciəyə səbəb nədir? - Fotolar
Tarix: 07-11-2021 11:13 | Bölmə: Slayd
Rejissorun yaralanması, operatorun ölümü... - Faciəyə səbəb nədir?

“Paslı göbələklər” macəra filmi üzərində işləyən adamların odlu silahla davranmaq vərdişləri çox aşağı səviyyədə olub.

Reyting.az
Hollivudda baş vermiş bədbəxt hadisə barədə izləyicilərinə oktyabrın 25-də məlumat vermişdi. Xatırladaq ki, filmin çəkilişi zamanı məşhur aktyor Alek Boduinin tapançadan açdığı atəş rejissor Coel Souzu yaralayıb, operator Qalina Hatçensin həyatına son qoyub. Amerikanın “Fox News” telekanalı hadisənin təhqiqatını aparan mötəbər mənbəyə istinadla bildirib ki, filmə cəlb edilmiş əməkdaşlar silahdan istifadə sahəsində zəruri təcrübəyə mailk olmayan adamlardır. Telekanal bunun əyani sübutu kimi çəkiliş meydançasında lentə alınmış fotoşəkili nümayiş etdirib. Şəkildə əllərində bir neçə tüfəng və tapança tutan 24 yaşlı qız və iki qadın təsvir olunur. Birinci qadının əlindəki tüfəngin lüləsi onunla üzbəüz dayanmış ikinci qadının qarnına tuşlanıb.



Faciədən sonra “Paslı göbələklər” layihəsini tərk edən operator Leyn Luper silah “mütəxəssislərinin” işini kəskin tənqid edib. “Düzdür, kiçik büdcəyə malik filmlərdə təcrübəsiz adamlardan istifadə normal sayılır, amma hansısa mülki müəssisələrin şöbə müdirləri gəlib odlu silahlarla işə cəlb olunmamalıdır”, - deyə, operator Luper etirazını bildirib.



Amerikada əvvəllər də buna bənzər hadisələr baş verib və indi hökumət kinematoqrafçılardan film çəkilişlərində həqiqi silahlardan istifadənin qadağan olunmasını tələb edir. Hökumətin bu təşəbbüsünü Hollivudun 214 nümayəndəsi dəstəkləyib. Onlar kino istehsalı prosesində bütün növ odlu döyüş silahlarından istifadəni real təhlükə mənbəyi olduğunu etiraf ediblər.





Bölməyə aid digər xəbərlər