11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
İran Hörmüz boğazında böyük ərazini bağlayıb: qırıcılar və raketlər döyüş vəziyyətinə gətirilib
Tarix: 08-11-2021 13:30 | Bölmə: Slayd
İran Hörmüz boğazında böyük ərazini bağlayıb: qırıcılar və raketlər döyüş vəziyyətinə gətirilib

İran dövləti qırıcıları, helikopterləri, hərbi gəmiləri və dronları döyüş vəziyyətinə gətirib, 1 milyon kilometrlik ərazini qapadıb. Raketlərin atıldığı təhlükəli bölgədə bir yanlışlıq qanlı döyülərin əsasını qoya bilər. ABŞ-ı hədəfə alan döyüş ssenarisinin nə zaman başa çatacağı bəlli deyil.

Reyting.az
xəbər verir ki, İran nüvə sazişi çərçivəsində danışıqların başlamasına həftələr qalmış Hörmüz boğazında əzələ nümayiş etdirmək məqsədilə hərbi təlimlərə start verib.

Məlumata görə, qırıcılar, helikopterlər, sualtıqayıq və dronların da qatıldığı təlimlərdə komandolar və paraşütçülər də iştirak edirlər.



Qərb agentlikləri bildirir ki, İran dünyadakı neft tankerlərinin böyük hissəsinin keçdiyi Hörmüz boğazında 1 milyon kvadratkilometrlik ərazini bağladığını elan edib.

Quru, hava və dəniz qüvvələrinin iştirak etdiyi “Zülfüqar-1400” təlimlərində İran dövlətinin özünün istehsal etdiyi silahlar, o cümlədən dronların fəaliyyəti diqqət çəkir.

Mekran sahilindən canlı yayımlanan İranın rəsmi televiziyası nəhəng “döyüş oyununun məqsədini” xarici təhdidlərə və mümkün müdaxilələrə qarşı hazırlıq kimi qiymətləndirib.



Yerli mediadakı fotoşəkillərdə Fars körfəzində manevr edən dəniz vasitələri, vertolyotlardan enən komandolar və irimiqyaslı partlayışlar diqqət çəkib.

“Əl-Cəzirə” telekanalı təlimlərin zamanına diqqət çəkərək, nəhəng təlimin ABŞ-ın Ərəbistan dənizində İran neft tankerini ələ keçirməsindən günlər sonra keçirildiyini qeyd edib.

Telekanal, həmçinin xatırladıb ki, İran İnqilab Keşikçiləri Korpusu 2021-ci ildə İsraili təhdid edən çoxsaylı təlimlər keçirib, Azərbaycan sərhədində qoşun toplayıb.

Təlimlərin sözçüsü admiral Seyyid Mahmud Müsəvi birbaşa ABŞ-ın adını çəkmədən Yaxın Şərqdə işğalçı və sabitliyi pozanların rol oynadığını bildirib.

Bununla da 2020-ci ilin yazında ABŞ və İranın müharibə həddinə çatdığı və hücum əmrinin ləğv edildiyi Fars körfəzində böyük gərginlik yenidən başlayıb. İran İnqilab Keşikçiləri Korpusu noyabrın 3-ü çərşənbə günü elan edib ki, Birləşmiş Ştatların Ərəbistan dənizində İranın neft tankerini ələ keçirmək cəhdinin qarşısı alınıb.

Tehran administrasiyasının açıqlamasına görə, İran əsgərləri sözügedən tankerin göyərtəsinə enərək nəzarəti ələ keçirib. Tankerin istiqaməti dəyişdirilərək İran sularına qaytarılıb. Lakin ABŞ ordusunun məsul şəxslərinin fikrincə, vəziyyət İranın təsvir etdiyi kimi deyil. Pentaqon bildirib ki, İran hərbçiləri Vyetnam bayrağı altında üzən neft tankerini ələ keçirərkən ABŞ Hərbi Dəniz Qüvvələri hadisə yerində olub.





Bölməyə aid digər xəbərlər