11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Paşinyan: "Azərbaycanla 6 mümkün marşrut müəyyənləşdirilib"
Tarix: 08-11-2021 21:00 | Bölmə: Slayd
Paşinyan: "Azərbaycanla 6 mümkün marşrut müəyyənləşdirilib"

"Baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu böyük iş görüb və mən bunu çox yüksək qiymətləndirirəm. Əvvəlcə hansı yolların mövcud olduğu və hansı yolların ola biləcəyi müzakirə olunub".

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, 9 noyabr tarixli bəyanatın 9-cu bəndində deyilir ki, bütün nəqliyyat və iqtisadi kommunikasiyalar açılmalıdır, Ermənistanın Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinə zəmanət verdiyi qeyd olunur:

“Bundan sonra tərəflərin razılığı ilə yeni nəqliyyat kommunikasiyalarının tikintisindən danışırıq. Məsələ burasındadır ki, əvvəlcə mövcud kommunikasiyaları açmaq lazımdır və əgər zaman keçdikcə yük daşımalarının böyük olduğu ortaya çıxarsa, bu zaman yeni kommunikasiyalara ehtiyac haqqında düşünmək olar.

Paşinyan qeyd edib ki, üçtərəfli işçi qrupu İcevan-Qazax, Berd-Tovuz, Anqeqakoç-Biçənək, Horadiz-Arazdəyən, Horadiz-Mehri-Ordubad-Arazdəyən hissələrində bütün mümkün marşrutları müəyyənləşdirib:

“Biz hesab edirik ki, Arazdəyən-Ordubad-Mehri-Arazdəyən dəmir yolunu, eləcə də magistral yolları Ermənistan öz ərazisində, Azərbaycan da öz ərazisində çəkməlidir. İşçi qrupu bütün mümkün yolları təklif edib. İndi biz bu marşrutları müzakirə edib razılığa gəlməliyik. Texniki tərəf ən çətini deyil. Ən çətini bu kommunikasiyaların hansı düsturlara uyğun işləsidir”.(teleqraf)




Bölməyə aid digər xəbərlər