11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Azərbaycan və Türkiyənin müdafiə nazirləri birgə mətbuat konfransı keçiriblər - Video
Tarix: 09-11-2021 10:35 | Bölmə: Slayd
Azərbaycan və Türkiyənin müdafiə nazirləri birgə mətbuat konfransı keçiriblər

Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.

Z. Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürünü bildirib.

H. Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb.

Milli Müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

Mətbuat konfransının sonunda media nümayəndələri ilə birgə xatirə fotosu çəkdirilib.




Reyting.az




Bölməyə aid digər xəbərlər