11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Türkiyə yeni döyüşlərə hazırlıq təlimatı verib
Tarix: 09-11-2021 11:21 | Bölmə: Slayd
Türkiyə yeni döyüşlərə hazırlıq təlimatı verib

PKK terror təşkilatını Türkiyənin gündəmindən çıxarmaq və bölgədəki terrorçuları məhv etmək məqsədilə Şirnakda hərbi əməliyyata başlanılıb.

Reyting.az
xəbər verir ki, “Eren Qış-1” əməliyyatında Şırnakın daxili qoşunları, daxili qoşunların xüsusi təyinatlıları və təhlükəsizlik mühafizə birliklərindən ibarət 1550 hərbçi iştirak edir.

Buna paralel olaraq Türkiyə Şimali Suriyada mümkün əməliyyat üçün siyasi və hərbi addımlar atmaqda davam edir. Son məlumata görə, Suriya ərazilərində döyüş hazırlıqlarını başa çatdıran Suriya Milli Ordusuna Ankaradan “Hazır olun!” təlimatı verilib.

PKK uzantısı olan YPG də əməliyyat öncəsi açıqlama verib. YPG-nin sözçüsü Nuri Mahmud bəyan edib ki, mümkün bir əməliyyata qarşı yeni strategiya və taktikadan istifadəyə hazırdırlar.

“Afrin, Rəsulyan, Tel-Abyadda Türk ordusu şiddətli hava hərakatı həyata keçirib. İstifadə olunan texnologiya baxımından qüvvələrimizlə Türk ordusu arasında tarazlıq yoxdur”, - terrorçu N. Mahmud deyib.

Mümkün Türk hücumuna ABŞ və Rusiyanın seyriçi qalmasından şikayətlənən terrorçu bildirib ki, Rusiya verdiyi açıqlamalarla Suriyanı Ərdoğanın təhdidlərinə qarşı müdafiə etdiyi görüntüsü yaratmağa çalışsa da, bu, problemin həll yolu deyil.

Əməliyyatlarda minlərlə yaraqlısını itirən və şəhərləri tərk edən təşkilatın sözçüsü bildirib ki, İŞİD-lə döyüşürlər, “demokratiyanı” və “insan haqlarını” müdafiə edirlər. Onun sözlərinə görə, ABŞ-ın köməyi ilə İŞİD-in boşaltdığı şəhərlərə daxil olub və xalqdan dəstək almağa çalışıblar.

Rusiyanın İdlib müqabilində Ayn əl-Ərəbi (Kobanini) Türkiyəyə təhvil verib-verməyəcəyi məsələsinə gəlincə, Mahmud deyib ki, belə bir anlaşma ola bilər: “Amma bu məsələni rəsmi olaraq təsdiq edə bilmədik. Rusiya bu məsələdə qarant rolunu oynamalıdır”.




Bölməyə aid digər xəbərlər