13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Dünyanın üç nəhəngindən biri sıradan çıxmasa... - Professorun şərhi
Tarix: 09-11-2021 17:32 | Bölmə: Slayd
Dünyanın üç nəhəngindən biri sıradan çıxmasa... - Professorun şərhi

“Dünyada gərginlik artır. Əsasən də Rusiya, ABŞ və Çin arasında baş verənləri nəzərdə tuturam. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi hələ bilinmir. Bu, daha çox adını çəkdiyim ölkələrin aparacağı siyasətdən asılıdır”.

Bunu Reyting.az-a professor Əli Abbasov deyib.

Professor bildirib ki, əslində dünya siyasətinin üç bucağını Rusiya, Çin və Amerika təşkil edir. Onun sözlərinə görə, hazırda əsas proses adını çəkdiyi üç ölkə arasında gedir: “Bu üç ölkədən ikisi birləşib birinə qarşı qəti addım atmalıdır. Hələlik bu birləşmənin hansı formada olacağı qeyri-müəyyəndir. Ən real və ağla gələn odur ki, Rusiya və Çin ABŞ-a qarşı biləşir. Amma problem ondadır ki, Pekin və Moskva arasında da kifayət qədər problemlər mövcuddur. Yəni bu da qeyri-müəyyəndir”.

AMEA əməkdaşı əlavə edib ki, ikinci ssenari kimi Rusiya və Amerikanın Çinə qarşı birləşməsidir: “Bu variantlardan hansının reallaşacağı aydın deyil. Hələlik aydın olan budur ki, Çin Cənubi Çin dənizində, Tayvan adası ətrafında və Sakit-Hind okeanı regionunda hərbi-iqtisadi gücünü artırır, yeni gəmilər ortaya çıxarır”.

Professor diqqətə çatdırıb ki, ABŞ və Çinin bir araya gələrək Rusiyanın üzərinə getmək variantı olsa da, bu, ağlabatan deyil:

“Problemli məsələ odur ki, artıq dünyada başqa belə qüvvə qalmayıb. Əsas bu üç ölkədir. Təbii ki, burada ikisi bir araya gələrək üçüncüyə qarşı addım atmalıdır. Əsas məsələ üçüncü qüvvəni sıradan çıxarmaqdır. Bunun necə və hansı formada olacağı hələlik bilinmir. Dünyanın gedişatı bundan asılı olacaq”.




Bölməyə aid digər xəbərlər