11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Amerika nüvə silahından imtinaya hazırlaşır?
Tarix: 10-11-2021 10:21 | Bölmə: Slayd
Amerika nüvə silahından imtinaya hazırlaşır?

ABŞ-ın nüvə silahından birinci istifadə etməmək barədə öz üzərinə öhdəlik götürəcəyi barədə xəbərlər rəsmi Tokionu ciddi narahat edib.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, yuxarıdakı bəyanatla Yaponiya Nazirlər Kabinetinin baş katibi Xirokadzu Matsuno çıxış edib.

Baş katibin sözlərinə görə, nüvə silahından birinci istifadə etməmək siyasəti sağlam məntiqdən məhrumdur. Çünki belə bir addımı atom silahınaa malik digər ölkələrin də atacağı şübhə doğurur: “Bundan savayı, həmin ölkələr bunu mütləq nəzarət olunan formada etməlidirlər. İndiki halda belə bir nəzarət-yoxlama imkanı sıfıra bərabərdir”.

Fəqət, cənab Matsuno öz etirazını Ağ Evə çatdırması ilə bağlı suala cavab verməkdən çəkinib.

Məsələ ilə bağlı yerli “Yomiuri” qəzetində dərc olunmuş məqalədə deyilir ki, ABŞ-ın nüvə silahından birinci istifadə etməmək siyasətini Fransa və Böyük Britaniya kimi nəhənglər də dəstəkləməyə hazırlaşır. Onlar bu barədə artıq Ağ Evi məlumatlandırıblar. Qəzetin yazdığına görə, atom silahından birinci istifadə etməkdən imtina “yalnış siqnal”, bu siyasət isə planetdə nüvə tarazlığını saxlamağın effektivliyini aşağı sala bilər.

Bir qədər əvvəl Ağ Evdən verilən məlumatda qeyd edilirdi ki, prezident Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə komandası ABŞ-ın öz üzərinə belə bir öhdəliyi götürməyin şərtlərini müzakirə etməyə hazırlaşır.




Bölməyə aid digər xəbərlər