11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Ermənistanı tərk edənlərin sayı artır
Tarix: 10-11-2021 10:36 | Bölmə: Slayd
Ermənistanı tərk edənlərin sayı artır

Ermənistan vətəndaşlarının xarici ölkələrə köçü davam edir.

Reyting.az
erməni media resurslarına istinadla xəbər verir ki, 2021-ci ilin oktyabr ayında Zvartnots beynəlxalq hava limanında ümumi sərnişin axını 247 140 nəfər təşkil edib. Ölkəyə gələnlərin sayı 122 866 nəfər, gedənlərin sayı isə 124 274 nəfər olub.

Şirak hava limanında sərnişin axının 18673 nəfər olduğu bildirilir. Burada ölkəyə gələnlərin sayı 9417 nəfər, gedənlərin sayı 9256 nəfər təşkil edib.

Hər iki hava limanının məlumatlarına əsasən, yanvar ayında ölkəyə gələnlərin sayı 31 052 nəfər, gedənlər sayı isə 33 244 nəfərdir.

Fevralda gələnlərin sayı 31901 nəfər, gedənlərin sayı 58297 nəfər təşkil edib.

2021-ci ilin mart ayında gələnlərin sayı 42 283 nəfər, gedənlər 74 198 nəfər, apreldə gələnlər 58 978 nəfər, gedənlər 75 152 nəfərdir.

2021-ci ilin may ayında hava yolu ilə Ermənistana gələnlərin sayı 82 513, gedənlərin sayı 83 840 nəfər olub.

İyun ayında hava nəqliyyatı ilə gələn vətəndaşların sayı 109 225, gedənlərin sayı 91 309 nəfər təşkil edib.

İyulda gələn vətəndaşların sayı 158 999, gedənlərin sayı 141 952 nəfər olub.

Avqust ayında hava nəqliyyatı ilə gələn vətəndaşların sayı 164864, gedənlərin sayı isə 185901 nəfərdir.

2021-ci ilin sentyabr ayında gələnlərin sayı 135 421 nəfər, gedənlərin sayı isə 145 849 nəfər olub.

2021-ci ilin 10 ayı ərzində Ermənistana gələnlərin sayı 950657, gedənlərin sayı isə 1035591 nəfər qeydə alınıb.

Ümumilikdə 2021-ci ilin 10 ayı ərzində hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 84 934 nəfər çoxdur. Bu isə o deməkdir ki, bu ilin son 10 ayı ərzində Ermənistanı 84 min 943 nəfər tərk edib.




Bölməyə aid digər xəbərlər